2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqramın təsdiq edilməsi haqqında
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının 1.1.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” təsdiq edilsin (əlavə olunur).
2. “Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqram haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 fevral tarixli 29 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 18 iyul 2005-ci il
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Konseptual əsasları
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
"Maliyyə hesabatlarının təqdimatı üzrə" 1 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Kapitalda dəyişikliklər haqqında hesabat üzrə" 2 №-Ii Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə" 5 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Cari mənfəət vergisi üzrə" 3 №-li Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Təxirə salınmış mənfəət vergisi üzrə" 4 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Gəlirlər üzrə" 6 №-li Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Torpaq, tikili və avadanlıqlar üzrə" 7 №-li Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Ehtiyatlar üzrə" 8 №-Ii Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Balans hesabatı tarixindən sonrakı hadisələr üzrə" 9 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər üzrə" 10 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə" 11 №-Ii Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Qeyri-maddi aktivlər üzrə" 12 №-li Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Borclara aid edilən xərclər üzrə" 13 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"İcarə üzrə" 14 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Maliyyə alətləri-məlumatın açıqlanması və təqdim edilməsi üzrə" 15 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Tikinti müqavilələri üzrə" 16 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Hökumətin subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatın açıqlanması üzrə" 17 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Təşkilatların fəaliyyətlərinin birləşdirilməsi üzrə" 18 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlan üzrə" №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Asılı təsərrüfat cəmiyyətlərində investisiyaların uçotu üzrə" 20 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə" 21 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə" 22 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin uçotu və dayandırılmış əməliyyatlar üzrə" 23 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Aktivlərin qiymətdən düşməsi üzrə" 24 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Əlaqəli tərəflər haqqında məlumatın acıqlanması üzrə" 25 №-li Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
"Ədalətli dəyər üzrə" 26 №-li Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Daşınmaz əmlaka investisiyalar üzrə" 27 №-li Kommersiya Təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartı
"Maliyyə hesabatlarının təqdimatı üzrə" Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
"Maliyyə hesabatlarının təqdimatı üzrə" Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun avtomatlaşdırılması üzrə proqram təminatının hazırlanması
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, cəlb edilmiş ixtisaslaşdırılmış müəssisələr və peşəkar mütəxəssislər
Mühasibat uçotu ilə bağlı tədris proqramlarının və tədris-metodiki vəsaitlərin hazırlanması
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və mühasibat uçotu fənni tədris olunan sahə universitetləri