Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar" (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2014-cü il
(MDB Hökumət Başçıları Şurasınm 2006-cı il 24 noyabr və 2011-ci il 18 oktyabr tarixli qərarları ilə edilmiş ejavə və dəyişikliklər nəzərə alınmaqla) Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 9 oktyabr 1997-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Moskva şəhərində 25 noyabr 2005-ci il tarixində bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır.
Bu Əsasnamə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixli Qərarı əsasında yaradılmış Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun (bundan sonra - MCMƏB) hüquqi statusunu, vəzifələrini, funksiyalarmı və strukturunu, habelə fəaliyyətinin təşkilinin əsaslarını müəyyən edir.
1.1. Bu Əsasnamədə istifadə olunan terminlər:
a) "yerləşdiyi dövlət" - ərazisində MCMƏB-in və ya onun regional bölmələrinin yerləşdiyi Müstəqil Dövlətlər Birliyinin (bundan sonra - MDB) iştirakçısı olan dövlət;
b) "göndərən dövlət" - MCMƏB-də vakant vəzifələrin tutulması üçün əməkdaşlarını MCMƏB-ə göndərmiş MDB iştirakçısı olan dövlət;
c) "əməkdaşlar" - MCMƏB-də ştat vəzifələrinə təyin olunmuş və daxili işlər nazirliklərinin və ya analoji funksiyaları yerinə yetirən digər dövlət orqanlarının (bundan sonra - daxili işlər nazirlikləri), habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparan orqanların (bundan sonra - dövlət orqanları) kadrlarından olan MCMƏB bölmələrinin rəhbərliyi və əməkdaşları;
d) "göndərən dövlətin Daxili İşlər Nazirliyindən MCMƏB-in direktor müavini" - göndərən dövlətin Daxili İşlər Nazirliyinin MCMƏB-də maraqlarını təmsil edən vəzifəli şəxs (bundan sonra - MCMƏB-in direktor müavini);
e) "mülki heyət" - bağlanılmış əmək müqaviləsi və ya kontraktlar əsasında MCMƏB-in mütəxəssisləri qismində işləyən şəxslər (inzibati-texniki heyətdən başqa).
1.2. MCMƏB mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin (bundan sonra - narkotiklər) qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin və dövlət orqanlarının səmərəli qarşılıqlı fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan, daimi fəaliyyət göstərən orqandır.
MCMƏB-in fəaliyyətinə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası (bundan sonra - DİNŞ) rəhbərlik edir.
MCMƏB öz fəaliyyətini onun direktoru tərəfindən təsdiq olunan illik iş planları əsasında təşkil edir.
MCMƏB-in fəaliyyəti haqqında məlumat hər il MDB-nin daxili işlər nazirliklərinə və İcraiyyə Komitəsinə təqdim edilir.
1.3. MCMƏB bu Əsasnamə ilə onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsi məqsədi ilə MDB-nin İcraiyyə Komitəsi, MDB-nin nizamnamə və sahəvi orqanlarının işçi orqanları, MDB-nin əməkdaşlıq üzrə ixtisaslaşdırılmış sahəvi orqanları, MDB-nin iştirakçısı olan dövlətlərin hüquq mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.
MCMƏB, zərurət yarandığı təqdirdə, DİNŞ-in tapşırığı ilə beynəlxalq polis təşkilatları ilə işçi əlaqələri yarada və saxlaya bilər.
1.4. MCMƏB öz fəaliyyətində MDB-nin əsas sənədlərini, MDB-nin Dövlət Başçıları Şurasının, MDB-nin Hökumət Başçıları Şurasının və DİNŞ-in qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur, MDB-nin iştirakçısı olan dövlətlərin beynəlxalq öhdəliklərini və milli qanunvericiliyini nəzərə alır.
1.5. MCMƏB fəaliyyətini qanunçuluq, insan hüquq və azadlıqlarına, dövlətlərin suverenliyinə hörmət, siyasi, hərbi, irqi və ya dini xarakterli məsələlərin həllinə müdaxilə etməmək prinsipləri əsasında həyata keçirir.
1.6. MCMƏB hökumət, radio, telefon, telefaks, elektron, xüsusi, poçt və teleqraf rabitəsindən istifadə edir.
1.7. MCMƏB hüquqi şəxsdir, onun öz şifrəsi, kodu, möhürü, bank müəssisələrində maliyyə hesab, o cümlədən valyuta hesabı vardır.
1.8. MCMƏB DİNŞ tərəfindən qəbul olunmuş sənədlərin depozitarisidir.
1.9. MCMƏB-in işçi dili rus dilidir.
1.10. MCMƏB-in yerləşdiyi yer - Rusiya Federasiyası, Moskva şəhəridir.
1.11. MDB-nin Dövlət Başçıları Şurasının və/və ya MDB-nin Hökumət Başçıları Şurasının qərarı ilə MCMƏB-in regional bölmələri yaradılır.
1.12. MCMƏB-in və onun regional bölmələrinin yerləşdiyi dövlətin ərazisində fəaliyyət göstərməsi üçün əlverişli şəraitin təmin olunması məqsədi ilə həmin dövlətlə sazişlər bağlanıla bilər.
2.1. MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizədə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, o cümlədən:
2.1.1. MDB-nin iştirakçısı olan bir neçə dövlətin maraqlarına toxunan əməliyyat-axtarış tədbirləri və kompleks əməliyyatların hazırlanmasında və keçirilməsində yardım;
2.1.2. cinayət təqibindən və ya hökmün icrasından qaçıb gizlənən şəxslərin dövlətlərarası axtarışının və təhvil verilməsinin həyata keçirilməsində yardım;
2.1.3. MDB-nin iştirakçısı olan dövlətlərin istintaq-əməliyyat və əməliyyat-axtarış qruplarına, daxili işlər nazirliklərinin və dövlət orqanlarının əməkdaşlarma cinayətlərin açılmasında və araşdırılmasında, digər xidməti vəzifələrinin icrasında yardım.
2.2. Cinayətkar mühitin liderləri, beynəlxalq cinayətkar birləşmələrin təşkilatçıları və fəal iştirakçıları və onların cinayətkar əlaqələri haqqında ixtisaslaşdınlmış məlumatlar bankının formalaşdırılması. Sorğular üzrə və ya təşəbbüs qaydasında MDB-nin iştirakçısı olan dövlətlərin marağı olan daxili işlər nazirliklərinə müvafiq məlumatın təqdim edilməsi.
2.3. Daxili işlər nazirlikləri arasında, habelə MDB-nin iştirakçısı olan dövlətlərin digər hüquq mühafizə orqanları arasında mütəşəkkil cinayətkarlıq, terrorçuluq,- narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə məsələləri üzrə məlumat (o cümlədən əməliyyat-axtarış) mübadiləsinin təmin edilməsi.
2.4. MDB-nin Dövlət Başçıları Şurasının, MDB-nin Hökumət Başçıları Şurasının və DİNŞ-in mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə sahəsində qərarlarının hazırlanmasında və həyata keçirilməsində iştirak.
2.5. DİNŞ-in katibliyinin funksiyalarının həyata keçirilməsi:
2.5.1. daxili işlər nazirlikləri ilə birgə DİNŞ-in növbəti iclaslarının gündəliklərinin layihələrinin hazırlanması;
2.5.2. daxili işlər nazirlikləri ilə birgə baxılması üçün DİNŞ-ə çıxarılan sənədlərin layihələrinin hüquqi ekspertizasının təşkili və həyata keçirilməsi;
2.5.3. daxili işlər nazirlikləri ekspertlərinin müşavirələrinin təşkili və keçirilməsi;
2.5.4. DİNŞ-in iclasının təşkilatçısına iclasın hazırlanmasında və keçirilməsində yardım.
2.6. MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizədə qarşılıqlı fəaliyyətinin vəziyyəti, müvafiq proqram sənədlərinin həyata keçirilməsinin nəticələri haqqında məlumatın toplanılması və təhlili.
2.7. DİNŞ-in tapşırığı ilə və təşəbbüs qaydasında onun iclaslarında baxılması üçün məlumat-analitik materialların və digər sənədlərin hazırlanması.
2.8. Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə haqqında beynəlxalq müqavilələrin və beynəlxalq xarakterli digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak.
2.9. Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə problemlərinə dair konfrans və seminarların keçirilməsində iştirak.
3.1. MCMƏB rəhbərlikdən (direktor, direktorun birinci müavini, direktorun müavinləri) və bölmələrin əməkdaşlarından ibarətdir.
MCMƏB-in təşkilati strukturu və ştatları DİNŞ tərəfindən MCMƏB direktorunun təqdimatı ilə MDB-nin Dövlət Başçıları Şurasının müəyyən etdiyi say hüdudlarında təsdiq edilir.
3.2. MCMƏB-in direktoru vəzifəsi yerləşdiyi dövlətin Daxili İşlər Nazirliyinin mərkəzi aparatının baş əməliyyat idarəsinin rəisi vəzifəsinə uyğundur;
MCMƏB direktorunun birinci müavini vəzifəsi yerləşdiyi dövlətin Daxili İşlər Nazirliyinin mərkəzi aparatının baş əməliyyat idarəsi rəisinin birinci müavini vəzifəsinə uyğundur;
MCMƏB direktorunun müavini vəzifəsi yerləşdiyi dövlətin Daxili İşlər Nazirliyinin mərkəzi aparatının baş əməliyyat idarəsi rəisinin müavini vəzifəsinə uyğundur;
MCMƏB bölmələrinin əməkdaşlarının vəzifələri yerləşdiyi dövlətin Daxili İşlər Nazirliyinin mərkəzi aparatının baş əməliyyat idarəsinin əməkdaşlarının müvafiq vəzifələrinə uyğundur.
3.3. MCMƏB-ə DİNŞ haqqında Əsasnaməyə uyğun olaraq DİNŞ-in qərarı ilə vəzifəyə təyin olunan və onun qərarı ilə vəzifədən azad edilən direktor başçılıq edir. Vəzifələrə təyinetmənin və vəzifələrdən azadetmənin analoji qaydası MCMƏB direktorunun birinci müavininə də şamil olunur.
MCMƏB-in direktoru və onun birinci müavini öz istəkləri ilə və ya daxili işlər nazirliklərindən birinin əsaslandırılmış təqdimatı ilə tutduqları vəzifədən vaxtından əvvəl azad edilə bilərlər.
3.4. MCMƏB-in direktoru vəzifəsinə namizədlər DİNŞ haqqında Əsasnaməyə uyğun olaraq DİNŞ-in üzvləri tərəfindən təqdim olunur.
MCMƏB direktorunun birinci müavini vəzifəsinə namizədlər DİNŞ üzvlərinin razılığı ilə MCMƏB direktorunun müavinləri sırasından DİNŞ-in üzvləri və ya MCMƏB-in direktoru tərəfindən təqdim olunur.
3.5. MCMƏB-in direktoru və onun birinci müavini eyni dövlətin nümayəndələri ola bilməzlər. Öz vəzifələrini yerinə yetirərkən onlar MCMƏB-də təmsil olunan bütün daxili işlər nazirliklərinin və dövlət orqanlarının maraqlarına riayət edir və bir və ya bir neçə daxili işlər nazirliklərinin birtərəfli üstünlüyün əldə edilməsinə yönələn göstərişlərinə əməl edə bilməzlər.
3.6. MCMƏB direktorunun müavinləri MDB iştirakçısı olan dövlətlərdə müəyyən edilən prosedurlara uyğun olaraq təyin olunurlar. Onların MCMƏB-in ştatında qeydə alınması MCMƏB direktorunun əmri ilə elan olunur.
3.7. MCMƏB-in bölmələrindəki ştat vəzifələrinə MDB-nin iştirakcısı olan dövlətlərin daxili işlər nazirliklərinin/dövlət orqanlarının kadrlarından olan şəxslər həmin idarələrin təqdimatları ilə təyin olunurlar.
MCMƏB Aparatının ştat vəzifələrinə təyin olunan daxili işlər nazirliklərinin/dövlət orqanlarının əməkdaşları bu idarələrin ştatında saxlanılmalıdırlar.
Zərurət yarandığı təqdirdə, MCMƏB-in bölmələrindəki ştat vəzifələrinin MDB-nin iştirakçısı olan dövlətlərin vətəndaşları sırasından olan mülki heyətlə əvəz olunmasına icazə verilir. Mülki heyətin MCMƏB-ə işə götürülməsi (işdən azad edilməsi) MCMƏB-in yerləşdiyi dövlətin əmək qanunvericiliyinə uyğun həyata keçirilir.
MCMƏB-in əməkdaşlarının və onların ailə üzvlərinin xidməti yerə, həmçinin MCMƏB-də iş başa çatdıqdan sonra göndərən dövlətə getmə və şəxsi əmlakının daşınması xərcləri göndərən nazirliklər və idarələr tərəfindən milli qanunvericiliyə uyğun olaraq ödənilir.
MCMƏB-də ştat vəzifələrinə təyin olunmuş əməkdaşlar arasında qarşılıqlı xidməti münasibətlərin qaydası DİNŞ-in razılığı ilə MCMƏB-in direktoru tərəfindən təsdiq olunan ayrıca əsasnamə ilə müəyyən edilir.
3.8. MCMƏB-də xidməti fəaliyyətinin təşkilinin ən vacib məsələlərinin müzakirə olunması üçün daimi fəaliyyət göstərən, MCMƏB-in direktoru (müşavirənin sədri), onun birinci müavini və müavinlərindən ibarət müşavirə yaradılır.
Daimi fəaliyyət göstərən müşavirənin qərarları müşavirə üzvlərinin ən azı dörddə üç hissəsinin iştirakı, müşavirə üzvlərinin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul olunur. Müşavirənin qərarı ilə bağlı yaranmış fikir ayrılıqları barə-də DİNŞ-in sədri məlumatlandırılır.
3.9. MCMƏB-in direktoru:
a) MCMƏB-in işinə rəhbərlik edir və MCMƏB-in üzərinə düşən vəzifələrin icrasına görə məsuliyyət daşıyır, öz səlahiyyətləri çərçivəsində əmr və sərəncamlar verir;
b) MCMƏB-in səlahiyyətinə aid məsələlər üzrə MDB-nin iştirakçısı olan dövlətlərin dövlət hakimiyyəti orqanlarında və MDB orqanlarında MCMƏB-i təmsil edir;
c) DİNŞ-in tapşırığı ilə 1.3-cü bənddə göstərilən subyektlərlə qarşılıqlı məlumat mübadiləsi haqqında sənədləri imzalamaq hüququna malikdir;
d) DİNŞ-in iclaslarında iştirak edir və iclaslarda baxılan məsələlərin müzakirəsində iştirak edə bilər;
e) daimi fəaliyyət göstərən müşavirənin qərarına əsasən MCMƏB direktorunun birinci müavini vəzifəsinə namizədi təqdim edir;
ə) DİNŞ-də baxılması üçün MCMƏB-in strukturu və ştatları ilə bağlı təkliflər verir;
f) MCMƏB-in bölmələrinin əməkdaşlarının və mülki heyətinin seçiminə və yerləşdirilməsinə rəhbərlik edir, onların vəzifə təlimatlarını təsdiqləyir, göndərən dövlətin Daxili İşlər Nazirliyi və dövlət orqanları ilə razılıq əsasında MCMƏB-in bölmələrinin əməkdaşlarmı tutduqları vəzifədən azad edir və geriyə ezam edir, onlara xüsusi rütbələrin verilməsi və daxili işlər orqanlarından və dövlət orqanlarından xaric olunması haqqında vəsatət qaldırır;
g) xidməti yoxlamaların keçirilməsini təşkil edir, MCMƏB-in bölmələrinin əməkdaşlarına (rəhbərlik istisna olmaqla) və mülki heyətinə mükafatlar verir, barələrində intizam tənbehi tədbirləri görür;
h) MCMƏB direktorunun müavinlərinin fəaliyyəti haqqında göndərən dövlətin daxili işlər nazirliklərinə məlumat verir, onlara xüsusi rütbələrin verilməsi haqqında təkliflər irəli sürür, xidməti fəaliyyətdəki uğurlarına görə mükafatlandırma haqqında vəsatət qaldırır;
i) əməkhaqqı fondu üzrə maliyyə vəsaitlərinə qənaət olunduğu təqdirdə, əmək müqaviləsi (saziş) əsasında MCMƏB-in fəaliyyətini təşkil etmək məqsədi ilə işə mütəxəssislər qəbul edir;
j) hər il baxılması üçün MDB-nin İcraiyyə Komitəsinə MCMƏB-in saxlanılmasına çəkilən xərclərin smeta layihələrini və onun icrası haqqında hesabatı təqdim edir və bu barədə DİNŞ-ə məlumat verir;
k) MCMƏB-in sənədləri ilə iş qaydasına riayət olunmasını təşkil edir.
3.10. MCMƏB direktorunun birinci müavini:
a) MCMƏB direktorunun təsdiq etdiyi funksional öhdəliklərə uyğun olaraq MCMƏB-in bölmələrinin işinə rəhbərlik edir;
b) direktor olmadığı hallarda onun vəzifələrini icra edir.
3.11. MCMƏB-in direktoruna və onun birinci müavininə növbəti xüsusi rütbələr göndərən dövlətin qanunvericiliyi ilə müəyyən olunmuş qaydada DİNŞ-in vəsatəti əsasında verilir.
3.12. MCMƏB direktorunun müavini:
a) MCMƏB-in səlahiyyətləri çərçivəsində mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə üzrə məsələlərin həllində göndərən dövlətin Daxili İşlər Nazirliyinin MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlikləri və digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir;
b) mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə haqqında göndərən dövlətin Daxili İşlər Nazirliyi ilə MDB-nin iştirakçısı olan dövlətlərin digər hüquq mühafizə orqanları arasında məlumat (o cümlədən əməliyyat-axtarış) mübadiləsini təmin edir;
c) direktorun tapşırığı ilə MCMƏB-in səlahiyyətlərinə aid olan məsələlərə dair MDB orqanlarında MCMƏB-i təmsil edir;
d) MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlikləri arasında mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında təkliflərin işlənib hazırlanmasında iştirak edir;
e) cinayət təqibindən və ya hökmün icrasından qaçıb gizlənən şəxslərin dövlətlərarası axtarışının və təhvil verilməsinin həyata keçirilməsinə yardım göstərir;
ə) göndərən dövlətin Daxili İşlər Nazirliyinin və dövlət orqanının maraqlarına toxunan əməliyyat-axtarış tədbirləri və kompleks əməliyyatlar keçirilərkən hərəkətin əlaqələndirilməsinin təmin edilməsinə yardım edir, zərurət yarandığı təqdirdə, onların keçirilməsində iştirak edir;
f) MDB-nin iştirakçısı olan digər dövlətlərin ərazisində ezamiyyətlərdə olan göndərən dövlətin Daxili İşlər Nazirliyinin və dövlət orqanının əməkdaşlarına yardım göstərir;
g) mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhlükəli cinayət növləri ilə mübarizə məsələləri ilə bağlı göndərən dövlətin ən mühüm hadisələri haqqında MCMƏB-in direktoruna məlumat verir;
h) MCMƏB bölmələrinin kadrlarının seçilməsi və yerləşdirilməsi işində iştirak edir;
i) zərurət yarandığı təqdirdə, əməliyyat şəraitinin öyrənilməsi, məlumat mübadiləsi, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə gələcək hərəkətlərin razılaşdırılması üçün göndərən dövlətin Daxili İşlər Nazirliyinə ezam olunur;
j) DİNŞ-də baxılması üçün təqdim olunan sənədlərin işlənib hazırlanmasında iştirak edir və zərurət yarandığı təqdirdə, onların hazırlanması ilə bağlı ekspert iclaslarında iştirak edir;
k) göndərən dövlətdə qəbul olunan cinayətkarlıqla mübarizə haqqında normativ hüquqi aktların MCMƏB-ə daxil olmasını təmin edir;
q) göndərən dövlətin Daxili İşlər Nazirliyinin rəhbərliyi qarşısında öz fəaliyyəti haqqında hesabat verir;
1) MCMƏB direktorunun tapşırığı ilə MCMƏB-in fəaliyyətinə aid digər funksiyaları yerinə yetirir.
3.13. MCMƏB-in əməkdaşlarına növbəti xüsusi rütbələr göndərən dövlətin qanunvericiliyinə uyğun olaraq verilir.
3.14. MCMƏB-in direktoru, onun birinci müavini və müavinlərinə xüsusi rütbəsi və tutduğu vəzifəsi göstərilməklə müəyyən olunmuş nümunədə xidməti vəsiqələr DİNŞ Sədrinin imzası ilə, MCMƏB-in bölmələrinin əməkdaşlarına - MCMƏB direktorunun imzası ilə verilir.
3.15. MCMƏB-in fəaliyyətinin təmin olunması məqsədi ilə təmənnasız əsaslarla ştatdankənar müşavirlər (məsləhətçilər) cəlb edilə bilərlər. Ştatdankənar müşavirlərin (məsləhətçilərin) cəlb edilməsi qaydası DİNŞ-in qərarı ilə təsdiq olunmuş ayrıca əsasnamə ilə müəyyən olunur.
3.16. MCMƏB-in fəaliyyətinin dayandırıldığı, MCMƏB-də iş müddətinin başa çatdığı təqdirdə, habelə ştat cədvəlindəki dəyişikliklər nəticəsində işdən azadedilmə hallarında göndərən dövlətin Daxili İşlər Nazirliyi MCMƏB-in di-rektoruna, onun birinci müavininə və müavinlərinə onların MCMƏB-ə göndərildikdən əvvəl tutduqları vəzifədən aşağı olmayan vəzifə verir. MCMƏB-in digər əməkdaşlarına göndərən dövlətin Daxili İşlər Nazirliyi/dövlət orqanı MCMƏB-də tutduqları vəzifədən aşağı olmayan vəzifə verir.
3.17. MCMƏB-in əməkdaşları və mülki heyəti beynəlxalq qulluqçulara bərabər tutulur.
MCMƏB-ə ezam olunduqları müddətdə ştat vəzifələrinə təyin olunmuş əməkdaşlar və onların ailə üzvləri üçün göndərən dövlətlərdə işlədikləri vaxt göndərən dövlətin milli qanunvericiliyi ilə onlar üçün müəyyən olunan hüquqlar, imtiyazlar, zəmanətlər və kompensasiyalar saxlanılır.
3.18. Yerləşdikləri dövlətin vətəndaşları olmayan MCMƏB əməkdaşlarının və onların ailə üzvlərinin qeydiyyata alınması, onların yerləşdikləri dövlətin milli qanunvericiliyinə uyğun olaraq, MCMƏB-də işlədikləri müddətdə qaldıqları yer üzrə həyata keçirilir.
4.1.MCMƏB maliyyə-təsərrüfat fəaliyyətini yerləşdiyi dövlətin qanunvericiliyinə və MDB-nin Hökumət Başçıları Şurasının Qərarı ilə müəyyən edilən qaydaya müvafiq olaraq həyata keçirir. MCMƏB onun hesabına daxil olan pul vəsaitlərini konvertasiya etmək hüququna malikdir.
4.2. MCMƏB-in fəaliyyətinin maliyyələşdirilməsi MDB-nin iştirakçısı olan dövlətlərin büdcə vəsaitləri hesabına MDB orqanlarının vahid büdcəsində ayrı-ca sətirlə həyata keçirilir.
4.3.MCMƏB əməkdaşlarının əməyinin ödənilməsi qaydası MDB-nin Hökumət Başçıları Şurasının qərarı ilə müəyyən olunur.
4.4.MCMƏB əməkdaşlarının əşya və ərzaqla təmin olunması göndərən dövlətlərin nazirlikləri (idarələri) tərəfindən milli qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
4.5.MCMƏB-də ştat vəzifələrinə təyin olunmuş MCMƏB əməkdaşlarının, habelə onların ailə üzvlərinin tibbi və sanatoriya-kurort təminatı göndərən dövlətlərin nazirlikləri (idarələri) tərəfindən milli qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
4.6.MCMƏB-in xidməti və yaşayış mənzillərinə, mebelə, avtonəqliyyata, digər inventar əmlaka olan tələbatının təminatı yerləşdiyi dövlətin Daxili İşlər Nazirliyi tərəfindən icarə şərtləri əsasında həyata keçirilir.
Yerləşdikləri dövlətin vətəndaşları olmayan MCMƏB əməkdaşları üçün yaşayış mənzillərinin icarə haqqının ödənilməsi, onların MCMƏB-də işlədikləri müddətdə göndərən dövlətlərin nazirlikləri (idarələri) tərəfindən həyata keçirilir.
4.7.MCMƏB-in əməkdaşlarının və onların ailə üzvlərinin məzuniyyətin keçiriləcəyi yerə getmələri və geriyə qayıtmaları xərcləri göndərən dövlətlərin nazirlikləri (idarələri) tərəfindən milli qanunvericiliyə uyğun olaraq ödənilir.
4.8.MCMƏB-in əməkdaşları göndərən dövlətlərin nazirliklərinə (idarələrinə) ezam edilərkən, onların vəzifəyə təyin edilənədək, yaxud xidmətdən azad edilənədək maaşları vəzifələrin bərabərləşdirilməsi siyahısına uyğun olaraq mərkəzi aparatların (aparatların) əməkdaşları üçün müəyyən olunan normalar üzrə ödənilir.
MCMƏB-in əməkdaşlarına sığorta məbləğlərinin, birdəfəlik müavinətlərin (müavinətlərin) ödənilməsi və onların pensiya təminatı göndərən dövlətlərin nazirlikləri (idarələri) tərəfindən milli qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
4.9.MCMƏB-in fəaliyyətinin maliyyələşdirilməsinə, formalaşdırılması və istifadəsi qaydası MDB-nin Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş MDB orqanlarının vahid büdcəsindən maliyyələşdirilən MDB orqanlarının büdcədənkənar vəsaitlərinin formalaşdırılması və istifadəsi haqqında Əsasnaməyə uyğun olaraq müəyyən edilən büdcədənkənar vəsaitlər (təmənnasız məqsədli daxilolmalar) cəlb oluna bilər.
4.10.MCMƏB-in maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, smetanın formalaşdırılması, MCMƏB-in uçot və hesabatı MDB-nin Hökumət Başçıları Şurasının müəyyən etdiyi qaydada həyata keçirilir.
1. Əsasnamənin 2.2, 2.8 və 3.17-ci bəndləri istisna olmaqla.
2. Azərbaycan Respublikası Əsasnamənin 2.1.1, 2.1.2 və 2.1.3-cü bəndlərinin həyata keçirilməsi üzrə ayrıca qərar qəbul edəcəkdir.
3. "Müstəqil Dövlətlər Birliyinin gələcək inkişafı Konsepsiyası və onun həyata keçirilməsi ilə bağlı Əsas Tədbirlər Planı haqqında" Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli Qərarına dair Azərbaycan Respublikasının xüsusi rəyi nəzərə alınmaqla.