Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sayəsində əlavə tədbirlər haqqında” 10 sentyabr 2002-ci il tarixli 783 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 19 oktyabr 2001-ci il tarixli 238 nömrəli sərəncamı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış (29 noyabr 2001-ci il tarixli 2726 nömrəli şəhadətnamə) “Abşeron rayonu ərazisində yerləşdirmə və istismar tələblərinə əməl olunmadan fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin nizamlanması Qaydaları” və 23 oktyabr 2001-ci il tarixli 243 nömrəli sərəncamla təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış (29 noyabr 2001-ci il tarixli 2727 nömrəli şəhadətnamə) “Abşeron rayonu ərazisində müəyyən olunmamış yerlərdə malların satışı xidmətlərinin göstərilməsi zamanı əşyaların, şeylərin, malların və məhsulların götürülməsi Qaydaları” qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Normativ Hüquqi Aktların Hüquqi Ekspertizası, Uçotu və Qeydiyyatı İdarəsinin rəyi və Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 05 may 2003-cü il tarixli 092 nömrəli sərəncamı.
ƏDLİYYƏ MÜŞAVİRİ F. MƏMMƏDOV