Qanunvericilik › “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.12.2023) › Tam mətn

“Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.12.2023)

“Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 dekabr 2023-cü il

1.1. Bu sənəd “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 33.5-ci maddəsinin birinci cümləsinə əsasən açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların həmin Qanunun 23.4.1-ci və 23.4.2-ci maddələrində qeyd olunan tələblərə uyğunluğunun qiymətləndirilməsi meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir.

1.2. Hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birlik tərəfindən təqdim edilmiş təklifin tələblərə tam cavab verməsi üçün tərəflərdən birinin məbləğlə ifadə olunan təcrübə və maliyyə imkanları tələblərin ən azı 40 faizini, digərlərinin hər birinin təcrübə və maliyyə imkanları isə tələblərin ən azı 25 faizini ödəməlidir.

2.1. Satınalan təşkilat açıq tender, ikimərhələli tender və qapalı tender metodları, habelə işlərin və xidmətlərin satın alınması ilə bağlı kotirovka sorğusu metodunun tətbiqi zamanı təchizatçıların satınalma müqaviləsinin icrası üçün onların müvafiq sahədə peşəkarlığını və təcrübəsini qiymətləndirmək məqsədilə aşağıdakı hədlərdən kənara çıxmamaq şərtilə satınalma predmetinə oxşar xüsusiyyətli, məzmunlu və ya mahiyyətli imzalanmış müqavilə barədə tələbi şərtlər toplusuna daxil edir:

2.1.1. cari satınalma üzrə hesablanmış ehtimal olunan qiymətin 0,8-1,5 misli (ehtimal olunan qiymət artdıqca daha kiçik əmsal seçilir) məbləğində olması (Qanunun 48.2.1-ci maddəsinə uyğun keçirilən satınalmalara münasibətdə ehtimal olunan qiymətin 0,5 mislindən çox olmaması);

2.1.2. son 3-10 il ərzində icra edilmiş və ya icrasının 80 faizdən çoxunun tamamlanmış olması (bu müddətin az olması bazarda potensial təchizatçı sayını məhdudlaşdırmamalıdır);

2.1.3. 1-3 sayda (bu say bazarda potensial təchizatçıların imkanları nəzərə alınmaqla müəyyən edilir) olması.

2.2. Haqqında məlumat təqdim edilmiş müqavilələrə dair aşağıdakı sənədlər təqdim olunur:

2.2.1. aşağıdakı məlumatların göstərildiyi müqavilə haqqında arayış:

2.2.1.1. müqavilənin başlama və bitmə tarixi;

2.2.1.2. müqavilə üzrə sifarişçi təşkilatın əlaqə vasitələri;

2.2.1.3. müqavilənin predmeti;

2.2.1.4. təklif edilən müqavilənin cari satınalma predmetinə bənzərliyinin təsviri (yeri, əsas komponentləri, miqdarı/həcmi və s.);

2.2.1.5. müqavilənin məbləği;

2.2.1.6. icra vəziyyəti (davam edirsə tamamlanma faizi qeyd edilir);

2.2.1.7. təchizatçının rolu (təchizatçı, subpodratçı və ya birgə fəaliyyət üzvü);

2.2.2. müqavilənin birgə imzalanmış bir nüsxəsi;

2.2.3. icra vəziyyətinə dair məbləğ və tarix qeyd edilməklə birgə təsdiq edilmiş akt:

2.2.3.1. icrası tamamlanmış müqavilələrdə yekun təhvil-təslim aktı;

2.2.3.2. icrası davam edən müqavilələrdə ən son yerinə yetirilmiş işlər haqqında təsdiq edilmiş qəbul aktı;

2.2.3.3. hər iki tərəfin təsdiq etdiyi elektron qaimə faktura (qeyri-rezidentlərə münasibətdə qaimə-faktura).

2.3. Təchizatçı bu Qaydaların 2.1.1-ci və 2.1.3-cü yarımbəndləri ilə müəyyən olunan hədlərdən daha artıq göstərici təqdim edə bilər.

3.1. Satınalan təşkilat açıq tender, ikimərhələli tender və qapalı tender metodları, habelə işlərin satın alınması ilə bağlı kotirovka sorğusu metodunun tətbiqi zamanı təchizatçıların satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olmasını qiymətləndirmək məqsədilə aşağıdakı tələbləri şərtlər toplusuna daxil edir:

3.1.1. açıq tender, ikimərhələli tender və qapalı tender metodlarının tətbiqi ilə satın alınan mallar, xidmətlər və ehtimal olunan qiyməti 5 000 000 (beş milyon) manatdan aşağı olan işlər üzrə təchizatçılar tərəfindən ən azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış, son maliyyə ili üzrə maliyyə hesabatı və bank tərəfindən kreditin verilmə öhdəliyini təsdiq edən kredit xətti barədə məktub (əgər şərtlər toplusunda tələb olunan minimal maddi vəsait tələbinə cavab vermirsə) təqdim edilir (qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılara münasibətdə Qanunun 23.9-cu maddəsinə uyğun olaraq təqdim edilir). Təchizatçının eyni dövr üçün birdən artıq bankda dövriyyəsi olduqda, təqdim edilmiş bütün arayışdakı məlumatlar müvafiq dövr üçün toplanılaraq hesablanır;

3.1.2. ehtimal olunan qiyməti 5 000 000 (beş milyon) manatdan çox olan işlər üzrə təchizatçılar tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında, həmçinin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar təqdim olunur;

3.1.3. təchizatçının maliyyə imkanları Meyarların əlavəsinə uyğun olaraq səmərəlilik göstəriciləri və hədləri çərçivəsində aşağıdakılar nəzərə alınmaqla yoxlanılır:

3.1.3.1. açıq tender, ikimərhələli tender və qapalı tender metodlarının tətbiqi ilə satın alınan mallar, xidmətlər və ehtimal olunan qiyməti 5 000 000 (beş milyon) manatdan aşağı olan işlər üzrə əməliyyata aid pul daxilolmaları, yığılmış zərərin həcmi, mütləq likvidlik əmsalı göstəriciləri və təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30 faizi həcmindən çox olmayaraq, maddi vəsaitə çıxışının olması;

3.1.3.2. ehtimal olunan qiyməti 5 000 000 (beş milyon) manatdan çox olan işlər üzrə Meyarların əlavəsində göstərilən bütün səmərəlilik göstəriciləri və təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30 faizi həcmindən çox olmayaraq, maddi vəsaitə çıxışının olması.

“Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”na

ehtimal olunan qiyməti 1 milyon manata qədər olduqda ehtimal olunan qiymətin 1,5 misli, ehtimal olunan qiyməti 1 milyon manatdan artıq olduqda ehtimal olunan qiymətin 1 misli

OİD – son 1-3 il üzrə əməliyyatlardan daxilolmaların orta məbləği

Yığılmış zərərin həcmi

ehtimal olunan qiymətin 40%-i

yığılmış zərər - əvvəlki hesabat ilinin maliyyə vəziyyəti haqqında (balans) hesabatın yığılmış mənfəət (zərər) göstəricisi

M – mənfəət vergisi ödənilənədək mənfəət;

Aorta – aktivlərin orta dəyəri;

А1 – dövrün əvvəlinə aktivlərin dəyəri;

А2 – dövrün sonuna aktivlərin dəyəri

Gx – hesabat dövründə məhsul (iş, xidmət) satışından əldə olunan gəlir;

Dorta – hesabat dövründə torpaq, tikili və avadanlıqların dəyərinin aşağıdakı düsturla hesablanan orta hesabi kəmiyyəti:

Dorta = (D1 + D2) / 2;

D1 və D2 – torpaq, tikili və avadanlıqların ilin əvvəlinə və sonuna dəyəri

Öcari – cari öhdəliklər

maksimum hədd: 30 gün

Gkrbdq = Gsayı/ (Gx / Bkreditor)

Gsayı – dövr üzrə təqvim günlərinin sayı;

Gx – hesabat dövründə məhsul (iş, xidmət) satışından əldə olunan gəlir;

Bkreditor – dövrün əvvəli və sonu üzrə kreditor borcların orta kəmiyyəti (minimum hədd 60 gün)

maksimum hədd: 30 gün

Gdbdq = Gsayı / (Gx / Bdebitor)

Gsayı – dövr üzrə təqvim günlərinin sayı;

Gx – hesabat dövründə məhsul (iş, xidmət) satışından əldə olunan gəlir;

Bdebitor – dövrün əvvəli və sonu üzrə debitor borcların orta kəmiyyəti

Əödəmə = Аcari / (Öcəmi – Öuz)

Аcari – cari aktivlər (qısa);

Öcəmi – cəmi öhdəliklər;

Öuz – uzunmüddətli öhdəliklər

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver