5.1. Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, məzmunu və təqdim edilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəsiqə verilir. Vəsiqənin təqdim edilməsi üçün haqq ödənilmir.
5.3. Ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur.