QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 104

Maddə 104. Aliment verən şəxsin iş və ya yaşayış yerinin dəyişdirilməsi haqqında məlumat vermək vəzifəsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

104.1. Aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə icra məmuruna və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur.

104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir.

104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver