125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır.
125.2. Övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin və ya arvadın soyadı verilir.
125.3. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.
125.4. Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.