127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər.
127.2. Bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı lazımdır.
127.3. Övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqında məhkəmə qətnaməsində göstərilir.