QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 134

Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının hüquqi nəticələri

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.

134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər qadındırsa—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.

134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş valideynin atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Ölən valideynin qohumlarının övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata keçirilir.

134.5. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində övladlığa götürülənin valideynlərindən biri və ya ölmüş valideynin qohumları ilə münasibətlərin saxlanması barədə qeyd olunur.

134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övla Maddə … humları ilə münasibətlərin saxlanması barədə qeyd olunur.

134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

134.8. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

134.9. Bu halda, uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.

134.10. Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həll edir.

134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin 76—78-ci maddələrində qeyd edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi haqqında qətnamə qəbul edə bilər.

134.13. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlət Maddə … uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə qaytarılan uşaq bu Məcəllənin 114-116-cı maddələrinə uyğun olaraq yenidən uçota alınır və müəyyən olunmuş qaydada yerləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver