138.1. Tam dövlət himayəsində olmaqla sosial xidmət müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir.
138.2. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır.
138.3. Qəyyumluq və himayə orqanları uşağın bu Məcəllənin 138.1-ci maddəsində göstərilən müəssisələrdə saxlanmasına, tərbiyə və təhsilinə daimi nəzarət edir.
138.4. Bu Məcəllənin 138.1-ci maddəsində göstərilən müəssisələrin məzunlarının hüquqlarının qorunması qəyyumluq və himayə orqanına həvalə edilir.