143.1. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar valideynlərin uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin ləğv edilməsi barədə müraciəti (xəstəlik və ailə vəziyyətinin dəyişməsi, himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və aliment, kredit və digər maliyyə öhdəliklərində əhəmiyyətli dəyişikliklər baş verdikdə, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli vəziyyət olması səbəblərinə görə), həmin müqavilənin müddətinin başa çatması, himayədar valideynlərin və ya himayədar ailəyə verilmiş uşağın vəfat etməsi, o cümlədən bu Məcəllənin 143.2-ci maddəsində qeyd olunan hallarda ləğv edilir.
143.2. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edilir:
143.2.1. himayədar valideynlər onlara həvalə edilmiş himayədar valideyn vəzifələrini yerinə yetirmədikdə;
143.2.2. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə, habelə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verdikdə;
143.2.3. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya nar Maddə … udluğa, biganəliyə yol verdikdə;
143.2.3. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya narkoman olduqda;
143.2.4. bu Məcəllənin 142-1.7.3-cü, 142-1.7.5–142-1.7.10-cu maddələrinə uyğun olaraq, himayədar valideynlərin uçotdan çıxarılması üçün əsaslar olduqda;
143.2.5. himayədar ailəyə verilmiş 10 yaşına çatmış uşağın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciəti əsasında;
143.2.6. himayədə olan uşağın öz ailəsinə qaytarılması, qəyyumluğa (himayəyə) verilməsi və ya övladlığa götürülməsi ilə bağlı əsaslar yarandıqda.
143.3. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müddətinin başa çatması, himayədar valideynlərin təşəbbüsü və ya bu Məcəllənin 143.2.6-cı maddəsinə uyğun olaraq ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 3 (üç) iş günü müddətində uşağın himayədar ailədən alınıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür.
143.4. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bu Məcəllənin 143.1-ci maddəsinə uyğun olaraq himayədar valideynin vəfat etməsi və ya bu Məcəllənin 143.2.1–143.2.5-ci maddələrinə uyğun olaraq ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağın himayədar ailədən alınıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür. Maddə … n 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür.