QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 158

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

158.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver