164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə m ü vafiq dövlət orqan ı ndan (qurumundan) əldə edilməsi m ü mk ü n olduqda, həmin sənədlər və ya məlumatlar ərizə ç idən tələb edilmir. Belə sənədlərin və ya məlumatlar ı n Elektron H ö kumət İ nformasiya Sistemi vasitəsilə əldə edilməsi m ü mk ü n olmad ığı hallarda onlar ı n təqdim edilməsi ərizə ç inin raz ı l ığı ilə sor ğ u əsas ı nda m ü vafiq d ö vlət orqan ı ndan (qurumundan) tələb olunur və ya ərizə ç i tərəfindən təmin edilir.
164.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.
164.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının elektron qaydada həyata ke ç irildiyi hallar istisna edilməklə, qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. 164.3-1. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti akt qeydləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. 164.3-2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin h Maddə … n gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. 164.3-2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır.
164.4. Ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir.
164.5. Vətənda ş l ı q vəziyyəti akt qeydi “ Elektron məhkəmə ” informasiya sistemindən m ü vafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqan ı n (qurumun) informasiya sisteminə ö t ü r ü lm üş məhkəmə qətnaməsindən çı xar ış a əsasən apar ı ld ı qda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında ş əhadətnamə və ya aray ış barəsində akt qeydi tərtib edilmi ş ş əxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları m ü raciət etdikdə verilir.
164.6. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatla Maddə … Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.