QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 42

Maddə 42. Nikah müqaviləsi bağlanarkən, dəyişdirilərkən və pozularkən kreditorların hüquqlarına təminat verilməsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna (kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır.

42.2. Kreditor (kreditorlar) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir. Dördüncü bölmə Valideynlərin və uşaqların hüquq və vəzifələri 10-cu fəsil Uşaqların mənşəyinin müəyyən olunması

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver