QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 57

Maddə 57. Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

57.1. Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.

57.2. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqları doğulduqda həmin valideynlər 16 yaşına çatdıqdan sonra atalığın (analığın) müəyyən edilməsində müstəqil hərəkət edə bilərlər. 16 yaşı tamam olmayan valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün qəyyum təyin oluna bilər.

57.3. Uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

57.4. Yetkinlik yaşına çatmayan valideynlər öz uşaqlarına münasibətdə atalığı və analığı ümumi əsaslarla qəbul etmək, atalığa (analığa) dair mübahisə açmaq, habelə 14 yaşına çatdıqdan sonra məhkəmə qaydasında atalığı (analığı) müəyyən etmək hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver