QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 74

Maddə 74. Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmə qətnaməsinin icrası

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

74.1. Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmənin qətnaməsinin icrası mülki prosessual qanunvericiliyə əsasən icra qaydasında yerinə yetirilir.

74.2. Valideynlər (onları əvəz edən şəxslər) məhkəmə qətnaməsinin icrasına mane olarlarsa, onlar barəsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tətbiq olunur.

74.3. Uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin məcburi icrasında müvafiq icra hakimiyyəti orqanının, uşağı götürən şəxsin, zəruri hallarda isə polis orqanı nümayəndəsinin iştirakı vacibdir.

74.4. Uşağın verilməsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan vurmadan icra olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq, məhkəmənin qərardadı ilə müvəqqəti olaraq sosial xidmət müəssisələrində yerləşdirilir. Beşinci bölmə Ailə üzvlərinin aliment öhdəlikləri 13-cü fəsil Valideynlərin və uşaqların aliment öhdəlikləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver