Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı
“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Mərkəzi Bankının strateji hədəflərinə uyğun olaraq banklarda kredit riskinin effektiv idarə edilməsi, sistem əhəmiyyətli hadisələrin baş vermə ehtimalının minimallaşdırılması üçün prudensial tənzimləmənin təkmilləşdirilməsi və bununla da maliyyə sabitliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.3-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə əsasən
2. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” 2014-cü il fevralın 1-dən qüvvəyə minsin və həmin tarixdən aşağıdakı normativ xarakterli aktlar ləğv edilsin:
2.1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyun 2003-cü il tarixli qərarı ilə (08 nömrəli protokol) təsdiq edilmiş (04 iyul 2003-cü il tarixli 2985 nömrəli şəhadətnamə) “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları” və bu Qaydalara 24.11.03-cü il tarixli 18 nömrəli protokolla təsdiq olunmuş əlavə və dəyişikliklər (15.12.03-cü il tarixli 3013 nömrəli şəhadətnamə), 25.08.06-cı il tarixli 26 nömrəli protokolla təsdiq olunmuş dəyişiklik (26.09.06-cı il tarixli 3241 nömrəli şəhadətnamə), 30.04.08-ci il tarixli 15 nömrəli protokolla təsdiq olunmuş dəyişikliklər (20.05.08-ci il tarixli 3396 nömrəli şəhadətnamə);
2.2. Mərkəzi Bankın İdarə Heyətinin 05.05.2001-ci il tarixli qərarı ilə (15 nömrəli protokol) təsdiq edilmiş (22.05.2001-ci il tarixli 2691 nömrəli şəhadətnamə) “Ödənilməmiş borclar müqabilində banklar tərəfindən əmlakın balansa götürülməsi və qiymətləndirilməsi Qaydaları” və bu Qaydalara 02.03.2002-ci il tarixli 05 nömrəli protokolla təsdiq olunmuş dəyişiklik (19.03.02-ci il tarixli 2763 nömrəli şəhadətnamə);
2.3. Mərkəzi Bankın İdarə Heyətinin 22.07.2000-ci il tarixli qərarı ilə (12 nömrəli protokol) təsdiq edilmiş (19.09.2000-ci il tarixli 2006 nömrəli şəhadətnamə) “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar” və bu Qaydalara 17.12.2008-ci il tarixli 37 nömrəli protokolla təsdiq edilmiş (22.12.2008-ci il tarixli 3427 nömrəli şəhadətnamə) əlavə və dəyişikliklər.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
10 dekabr 2014-cü il tarixli 26/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201412100262, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2014-cü il)
26 fevral 2015-ci il tarixli 11/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201502260114, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 mart 2015-ci il)
28 sentyabr 2015-ci il tarixli 37/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201509280371, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 08 oktyabr 2015-ci il)
29 dekabr 2015-ci il tarixli 44/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201512290442, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 yanvar 2016-cı il)
7 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2019-cu il)