Qanunvericilik › Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Müxtəlifnövlü təsərrüfatlar

Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müxtəlifnövlü təsərrüfatlar mülkiyyət münasibətlərindən və təsərrüfatçılıq formalarından asılı olaraq aşağıdakılardır:

torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar və s;

torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar və s;

səhmdar cəmiyyətləri;

torpaq və əmlak üzərində dövlət mülkiyyətinə əsaslanan dövlət kənd təsərrüfatı müəssisələri, səhmdar cəmiyyətləri və s.

Mülkiyyətçilərin qərarı ilə bir təsərrüfat formasının digərinə çevrilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver