Qanunvericilik › Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Meliorasiya və su təsərrüfatının islahatı

Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İslahat meliorasiya və su təsərrüfatı obyektləri üzərində mülkiyyət münasibətlərini dəyişdirmək və suyun pullu istifadəsini tətbiq etməklə sudan istifadənin səmərəliliyini yüksəltmək məqsədilə aparılır.

İri su mənbələri, meliorasiya və suvarma sistemləri, onların istismarı müəssisələri və digər obyektlər dövlət mülkiyyətində saxlanılır.

Sudan istifadə edənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Birliyin uzunmüddətli istifadəsinə (20 ildən az olmayan müddətə) verilir. Sistemlərin istifadəyə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması qaydası həmin qərarla müəyyən edilir.

Təsərrüfatdaxili meliorasiya və su təsərrüfatı obyektləri sovxoz və kolxozların (mülkiyyətçilərin) qərarı ilə bələdiyyə mülkiyyətinə verilə və ya islahat nəticəsində yaranan mülkiyyətçilərin sərəncamında saxlanıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver