Sosial infrastrukturda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir.
Bu zaman:
səhiyyə, bədən tərbiyəsi və idman obyektləri, uşaq bağçaları və körpələr evi, ümumtəhsil məktəbləri və digər obyektlər birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır və ya bələdiyyə mülkiyyətinə verilir;
kommunal təsərrüfat, istilik və su sistemləri, məişət xidməti, ticarət, ictimai iaşə obyektləri satılır və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır, yaxud bələdiyyə mülkiyyətinə verilir;
mənzillər (evlər) mənzillərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada kirayəçilərin mülkiyyətinə verilir.
İcarədə olan obyektlərlə bağlı münasibətlər icarə qanunvericiliyi ilə tənzimlənir.