15.1. Arıçılıq təsərrüfatlarında arıxanalar zootexniki və baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğun ərazilərdə yerləşdirilir.
15.2. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün arıxanalar tibb, təhsil, mədəniyyət və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər müəssisələrdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədə və qaydada yerləşdirilməlidir.
15.3. Arı ailələrindən entomofil bitkilərin səmərəli tozlanmasında istifadə etmək üçün arıxanaların müvafiq balyığma mənbələrində müvəqqəti yerləşdirilməsinə yol verilir.
15.5. Arıçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyata alınırlar.
15.6. Arıçılıq təsərrüfatları arıxananın daimi yerləşdiyi ərazidəki müvafiq dövlət orqanlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlar verməyə borcludurlar.
15.7. Arıçılıq subyektləri, arı ailələri və arıçılıq məhsulları istehsalı haqqında statistik məlumatların tərtibi və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.8. Arı ailələrinin sayının statistik uçotu aparılarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi arı ailəsinin standart gücü nəzərə alınmalıdır.