18.1. Azərbaycan Respublikasında arı ailələri və istehsal edilən arıçılıq məhsulları bu Qanunun 5.0.2-ci maddəsi ilə müəyyən edilən tələblərə uyğun olmalıdır.
18.2. Azərbaycan Respublikasına idxal olunan arıçılıq məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır.
18.3. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında arıçılıq məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.