Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Atçılıq sahəsində dövlət nəzarəti atçılıqla məşğul olan subyektlər tərəfindən Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydalara, seleksiya nümunələri və damazlıq heyvandarlığın norma və qaydalarına, habelə baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin təmin olunması məqsədilə həyata keçirilir.

11.2. Atçılıq sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

11.3. Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 11.4-cü maddəsində göstərilən normativ hüquqi aktlara uyğun olaraq atçılıqla məşğul olan subyektlərdən müvafiq məlumatlar almaq, yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək, habelə müvafiq atçılıq subyektlərinin fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir.

11.4. Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver