Qanunvericilik › Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Atçılıqda seleksiya-damazlıq işlərinin aparılması

Atçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Atçılıqda seleksiya-damazlıq işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən seleksiya-damazlıq proqramları əsasında aparılır.

22.2. Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən atçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə məsuliyyət daşıyırlar.

22.3. Yerli Quba yorğasının, Kiçik Qafqaz və Şirvan atlarının müvafiq seleksiya-damazlıq proqramı əsasında seleksiyası və aprobasiyası aparılır, təkmilləşdirilməsi və cins kimi formalaşması həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver