35.1. Seleksiya-damazlıq proqramlarının yerinə yetirilməməsinə, damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə yol verilməsinə, atçılıq üçün ayrılmış torpaq sahələrindən, tövlə və köməkçi binalardan təyinatına uyğun istifadə edilməməsinə və atçılıq haqqında qanunvericiliyin digər tələblərinin pozulmasına görə təqsirkar olan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
35.2. Atçılıq haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasmm qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada təqsirkar şəxslər tərəfindən ödənilir.