24.1. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarəti:
24.1.1. atmosfer havasına atılan zərərli maddələrə və onların zərərli fiziki təsirlərinə verilən xüsusi icazənin şərtlərinə;
24.1.2. atmosfer havasının mühafizəsi standartlarına, normativlərinə, qaydalarına və digər tələblərinə o cümlədən atmosfer havasının mühafizəsinə istehsal nəzarətinin keçirilməsinə;
24.1.3. atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbəyi olan obyektlərin sanitar-mühafizə rejiminə;
24.1.4. atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının və tədbirlərin həyata keçirilməsinə;
24.1.5. nəqliyyat və digər səyyar vasitələri üçün qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərinə riayət olunmasına;
24.1.6. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin digər tələblərinə və beynəlxalq aktlara əməl edilməsini təmin etməlidir.
24.2. Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilən qaydada (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) həyata keçirirlər.