6.1. Atmosfer havasının mühafizəsi sahəsində hüquqi və fiziki şəxslərin hüquqları aşağıdakılardır:
6.1.1. dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək;
6.172. dövlət və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək;
6.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarından atmosfer havasının çirklənməsi, ona zərərli fiziki təsirləri və onların mənbələri, habelə bu çirklənmənin və təsirin aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq;
6.1.3. atmosfer havasının çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ictimai nəzarəti həyata keçirmək;
6.1.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına və məhkəmələrə müraciət etmək;
6.1.5. atmosfer havasının mühafizəsinə dair tədbirlərin keçirilməsində iştirak etmək və onları maliyyələşdirmək;
6.1.6. atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən istehsal və digər fəaliyyətə dair qərarların qəbul olunmasında iştirak etmək;
6.1.7. İnsanların sağlamlığına, əmlakına və ətraf mühitə atmosfer havasının çirkləndirilməsi nəticəsində vurulan ziyanın ödənilməsi barədə iddia qaldırmaq.
6.2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər atmosfer havasının çirklənməsi nəticəsində onlara vurulan zərərə görə ödənc almaqla eyni hüquqa malikdirlər.