Qanunvericilik › Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Auditorun peşə məsuliyyətini yaradan sığorta hadisəsi halları

Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Auditorun peşə məsuliyyətini yaradan sığorta hadisəsi halları aşağıdakılardır:

3.1.1. auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;

3.1.2. maliyyə və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;

3.1.3. aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;

3.1.4. işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;

3.1.5. məxfilik prinsipinin pozulması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver