Qanunvericilik › Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Sığorta müqaviləsi və şəhadətnaməsi

Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Sığorta müqaviləsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə auditin subyektinin irəli sürdüyü iddia üzrə sığorta ödənişini həyata keçirmək, sığortalı isə müəyyən olunan müddətlərdə sığorta haqqını ödəmək öhdəliyini götürür.

7.2. Sığorta müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almış sığortaçı ilə bağlanılmalıdır.

7.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.

7.4. Sığorta müqaviləsi ən azı bir il müddətinə bağlanır.

7.5. Sığorta müqaviləsinin bağlanılmasını təsdiq edən sənəd sığorta şəhadətnaməsidir. Sığorta şəhadətnaməsi sığorta haqqı ödənilən gün verilir.

7.6. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

7.6.1. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;

7.6.2. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilmiş müddətdə və məbləğdə ödəmədikdə;

7.6.3. sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edildikdə;

7.6.4. sığorta müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

7.6.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver