28.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı, sərnişini və onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşınma haqqını ödəməyi öhdəsinə götürür.
28.2. Müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması sərnişinə verilmiş bilet və baqaj qəbzi ilə, yaxud gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsi ilə təsdiq olunur.
28.3. Gediş sənədlərinin (biletlərin) və ödəniş alətinin sərnişinlərə satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.
28.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.