Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının əsas vəzifələri

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar daşıyıcının əsas vəzifələri aşağıdakılardır:

34.0.1. sərnişin və baqaj daşımalarını “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq yerinə yetirmək;

34.0.2. sərnişinlərin hüquqlarının təmin olunmasını və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada sərnişinlərin icbari sığortalanmasını təşkil etmək;

34.0.3. daşınmanın şərtləri və yerinə yetirilməsi qaydaları haqqında sərnişinlərə zəruri məlumatlar vermək;

34.0.4. yol hərəkətinin və daşımaların təhlükəsizliyini təmin etmək, ekoloji və sanitar normalara riayət etmək;

34.0.5. daşınma üzrə öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq sərnişinlərə vurulmuş ziyanın əvəzini və zərəri ödəmək;

34.0.6. texniki və ya digər səbəblərdən, o cümlədən, öz təqsiri üzündən daşınma dayandırıldıqda, öz hesabına sərnişinlərin təyinat məntəqəsinə çatdırılmasını təmin etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver