36.0. Aşağıdakı hallarda avtomobil daşıyıcısının sərnişinləri daşımaqdan imtina etmək hüququ vardır:
36.0.1. sərnişin avtonəqliyyat vasitəsində boş yer olmadıqda;
36.0.2. sərnişin ictimai asayiş qaydalarını pozduqda;
36.0.3. sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaratdıqda;
36.0.4. sərnişin daşınması qadağan edilmiş əşyaların və maddələrin olduğu baqajı və ya əl yükünü aparmaq niyyətində olduqda;
36.0.5. sərnişin baqajın daşınmasına görə haqqı ödəmədikdə;
36.0.6. sərnişində olan gediş sənədinin (biletin) yerinə yetirilən avtomobil daşınmasına uyğunsuzluğu aşkar edildikdə, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə;
36.0.7. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə gediş haqqının bilavasitə daşınma prosesində ödənilməsi nəzərdə tutulduğu hallarda sərnişin gediş haqqını ödəmədikdə və ya tam ödəmədikdə;
36.0.8. sərnişin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əməl olunması barədə sürücünün və ya digər səlahiyyətli şəxsin qanuni tələblərini yerinə yetirməkdən imtina etdikdə.