41.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş yük müşayiətedici digər sənədlər tələb olunduğu hallarda (uyğunluq sertifikatı, baytarlıq və fitosanitar sertifikatı, malın mənşə sertifikatı) əvvəlcədən rəsmiləşdirilərək yükgöndərən tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsinə əlavə olunmalıdır.
41.2. Daşıyıcı yük müşayiətedici əlavə sənədlərin düzgünlüyünü yoxlamaq vəzifəsini daşımır.
41.3. Yük müşayiətedici əlavə sənədlərdən lazımi qaydada istifadə etmədikdə və ya həmin sənədlər itirildikdə əmlak məsuliyyəti daşıyıcının üzərinə qoyulur.