Qanunvericilik › “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.04.2022) › Tam mətn

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.04.2022)

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.04.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərar dərc edildiyi gündən 1 (bir) il sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 aprel 2022-ci il

1.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları (bundan sonra – Qaydalar) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun (bundan sonra – operator) işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir. Bu Qaydalar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulan daşımalara şamil edilmir.

1.2. Operatorların uçotu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır. Operatorların uçotunun aparılması Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sistemi vasitəsilə təmin edilir və onların uçotu üzrə məlumatlar informasiya sisteminə daxil edilir.

1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. operator – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, bu Qaydalarla müəyyənləşdirilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icazəsi olan hüquqi və ya fiziki şəxs;

1.3.2. operatorun məsul şəxsi – operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də bu Qaydalarla müəyyənləşdirilən peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs.

1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.2. Operatorun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar aşağıdakılardır:

2.2.1. işgüzar nüfuzu üzrə:

1. avtonəqliyyat vasitəsinə (vasitələrinə) texniki xidmət göstərilməsi, onun (onların) saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olması və ya həmin xidmətləri belə xidmətləri göstərən şəxs (şəxslər) ilə müqavilə (müqavilələr) əsasında təmin etmiş olması, o cümlədən avtonəqliyyat vasitəsinin texniki baxışdan keçməsini təsdiq edən sənədin olması;

2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulan icazəni almaq istəyən hüquqi şəxsin, o cümlədən xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinin (bundan sonra – hüquqi şəxs) idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin) və ya fiziki şəxsin (bundan sonra – fərdi sahibkar), məsul şəxsinin (şəxslərinin) həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmaması;

3. müvafiq icazənin alınması üçün müraciət edildiyi tarixdən əvvəlki ardıcıl 12 (on iki) ay ərzində, habelə operator kimi fəaliyyət göstərdiyi halda, fəaliyyət dövrünün son 12 (on iki) ayı ərzində, hər birinə ayrı-ayrılıqda tətbiq olunmaq şərtilə fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin), həmçinin operatorun məsul şəxsinin (şəxslərinin) və sürücüsünün (sürücülərinin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1-ci, 332-ci, 337-ci, 348-ci və 353-cü maddələrindən hər hansı biri üzrə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı ümumilikdə beş dəfədən artıq məsuliyyətə cəlb edilməməsi;

4. sərnişinlərin icbari fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi və beynəlxalq sığorta müqaviləsi – Azərbaycan Yaşıl Kartı), həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması;

2.2.2. maliyyə vəziyyəti üzrə:

mülkiyyət, istifadə və ya icarə hüququ ilə yalnız bir avtonəqliyyat vasitəsinə malik olduqda, 5000 (beş min) manat, iki və daha çox avtonəqliyyat vasitəsinə malik olduqda, hər əlavə avtonəqliyyat vasitəsi üçün 3000 (üç min) manat aktivlərə (pul vəsaitlərinə, depozitlərə və digər aktivlərə) malik olması;

2.2.3. peşəkarlıq səriştəsi üzrə:

1. beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirəcək sürücünün (sürücülərin) avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsinə malik olması;

2. operatorun məsul şəxsinin (şəxslərinin) avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və (və ya) yük daşımaları üzrə fəaliyyəti, o cümlədən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini və onların istismarını, avtomobil nəqliyyatı ilə daşımalara dair müqavilələrin və mühasibat uçotu sənədlərinin yoxlanılmasını, habelə daşımaların təhlükəsizliyi məsələlərinin yoxlanılmasını faktiki və fasiləsiz olaraq idarə etməsi;

3. operatorun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirəcək sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq və ya yenidən hazırlıq keçməsi və hazırlıq və ya yenidən hazırlığın yekununda aparılmış qiymətləndirmənin nəticələrinə dair sənədə malik olması.

Operatorların uçotu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün onlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi əsasında Agentlik tərəfindən “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.

1. 25 yanvar 2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 111)

2. 19 mart 2024-cü il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2024-cü il, “Xalq” qəzeti, 29 mart 2024-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 351)

3. 12 mart 2025-ci il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2025-ci il, “Xalq” qəzeti, 18 mart 2025-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 282)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver