Qanunvericilik › “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2026) › Tam mətn

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2026)

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.07.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 3.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 iyul 2026-cı il

1.1. Bu Qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə dəyərin, eləcə də həmin dəyərlə təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında yaranacaq mənfi fərqin hesablanması və bununla bağlı subsidiyanın ödənilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. məsafə əsaslı avtomobil nəqliyyatı xidməti (bundan sonra - xidmət) – məsafə əsaslı avtomobil nəqliyyatı xidməti haqqında müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında daşıyıcılar tərəfindən müntəzəm marşrutlar üzrə göstərilən sərnişin daşınması xidməti;

1.2.2. məsafə əsaslı avtomobil nəqliyyatı xidməti haqqında müqavilə (bundan sonra - müqavilə) – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) ilə daşıyıcı arasında xidmətin göstərilməsi üçün bağlanılan müqavilə;

1.2.3. məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin dəyəri (bundan sonra - xidmətin dəyəri) – daşıyıcı tərəfindən xidmətin göstərilməsi üçün çəkilən əməliyyat və kapital xərcləri, daşıyıcının mənfəəti nəzərə alınmaqla bu Qaydaya uyğun hesablanan məbləğ;

1.2.4. kapital xərci – avtobusun alışı ilə bağlı yaranan nəqliyyat, gömrük rəsmiləşdirilməsi, lizinq və ya kredit faiz xərcləri də daxil olmaqla avtobusun alış qiyməti;

1.2.5. gediş haqqı – müntəzəm sərnişin daşımaları xidmətləri üzrə təsdiq edilmiş tariflər əsasında sərnişinlər tərəfindən ödənilən məbləğ;

1.2.6. subsidiya – müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsaitlə həmin xidmətə görə hesablanan dəyər arasında yaranan mənfi fərqin ödənilməsi üçün dövlət büdcəsindən verilən əvəzsiz maliyyə vəsaiti.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Bu Qayda avtomobil nəqliyyat vasitələri “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən tələblərə cavab verən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na əsasən seçilən daşıyıcılara şamil edilir.

2.1. Xidmətin dəyəri daşıyıcının əməliyyat xərcləri, kapital xərcləri və mənfəəti nəzərə alınmaqla hesablanır.

2.2. sinif avtobusun 1 km yürüşü üçün xidmətin dəyəri () aşağıdakı düsturla hesablanır:

- sinif avtobusun 1 km yürüşünün əməliyyat xərcidir;

- sinif avtobusun 1 km yürüşünün kapital xərcidir;

- sinif avtobusun 1 km yürüşü nəticəsində əldə olunan mənfəətdir.

2.3. sinif avtobusun 1 km yürüşünün əməliyyat xərci () (manat/km) aşağıdakı düsturla hesablanır:

- sinif avtobusun sürücüsünün 1 km yürüşə hesablanan əməkhaqqı xərcləridir;

- sinif avtobusun sürücüsünün 1 km yürüşə hesablanan sosial ayırmalarla bağlı xərcləridir;

- sinif avtobusun 1 km yürüşə hesablanan yanacaq və ya enerji xərcləridir;

- sinif avtobusun 1 km yürüşə hesablanan texniki xidmət və təmiri ilə bağlı xərcləridir;

- sinif avtobusun 1 km yürüşə hesablanan tam sığortası (kasko) ilə bağlı xərcləridir;

- sinif avtobusun istismarı və sərnişindaşıma fəaliyyəti ilə bağlı 1 km yürüşə hesablanan və bu Qaydanın 2.3.9-cu yarımbəndində nəzərdə tutulmuş əsaslandırılmış digər xərclərdir.

2.3.1. sinif avtobusun sürücüsünün 1 km yürüşə hesablanan əməkhaqqı xərcləri () aşağıdakı düsturla hesablanır:

- sinif avtobus sürücüsünün ortaaylıq əməkhaqqıdır (əməkhaqqı ilə bağlı bütün əlavələr, kompensasiyalar və mükafatlar nəzərə alınmaqla);

- il ərzində sinif avtobusların planlaşdırılan iş saatlarının sayıdır (saat);

- il ərzində sinif avtobusların müqavilə üzrə nəzərdə tutulan yürüşüdür (kilometr);

- avtobus sürücüsünün iş vaxtının illik normasıdır (illik istehsalat təqvimi ilə müəyyən edilir);

- ildəki ayların sayıdır.

2.3.2. sinif avtobus sürücüsünün ortaaylıq əməkhaqqı (əməkhaqqı ilə bağlı bütün əlavələr, kompensasiyalar və mükafatlar nəzərə alınmaqla) aşağıdakı kimi hesablanır:

- nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə ortaaylıq nominal əməkhaqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son rəsmi məlumatları əsasında müəyyən edilən məbləğidir;

– avtobusun sinfindən asılı olaraq tətbiq olunan əmsaldır və aşağıdakı cədvələ uyğun olaraq müəyyən edilir:

Xüsusilə kiçiktutumlu avtobusun sürücüsü

Kiçiktutumlu, ortatutumlu və böyüktutumlu avtobusun sürücüsü

Xüsusilə böyüktutumlu avtobusun sürücüsü

– xidmətin göstərildiyi inzibati ərazi vahidindən asılı olaraq tətbiq olunan əmsaldır və Bakı və Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonuna münasibətdə 1.4, digər inzibati ərazi vahidlərinə münasibətdə 1.0 qəbul edilir.

2.3.3. İl ərzində sinif avtobusların planlaşdırılan iş saatlarının sayı () aşağıdakı düsturla hesablanır:

- il ərzində sinif avtobuslara münasibətdə nəzərdə tutulan iş qrafiklərinin (çıxışların) növlərinin sayıdır (ədəd);

- sinif avtobusun iş qrafikində (çıxışında) iş vaxtıdır (saat);

- il ərzində iş qrafikinin (çıxışının) müəyyən edildiyi günlərin sayıdır (gün);

- iş qrafikində (çıxışında) işləyən sinif avtobusların sayıdır.

2.3.4. sinif avtobusun sürücüsünün 1 km yürüşə hesablanan sosial ayırmalarla bağlı xərcləri () aşağıdakı düsturla müəyyən edilir:

- sinif avtobusun sürücüsünün 1 km yürüşə hesablanan əməkhaqqı xərcləridir;

– sığorta ödənişləri (məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta) üçün qanunvericiliklə müəyyən edilən faiz dərəcələrinin cəmidir.

2.3.5. sinif avtobusun 1 km yürüşə hesablanan yanacaq və ya enerji xərcləri () avtobusun yanacaq növündən asılı olaraq aşağıdakı düsturla hesablanır:

- sıxılmış təbii qazın 1 m3-nin, dizelin 1 litrinin və ya elektrik enerjisinin 1 kVt-nın qiymətidir (manat);

- sinif avtobusun 100 km yürüşə yanacaq və ya enerji sərfiyyatı normasıdır (dizel, sıxılmış təbii qaz və elektrik enerjisi üçün müvafiq olaraq l/100km, m3/100 km və kVt/100km) və müvafiq avtobuslarla bağlı texniki sənədlərə əsasən müəyyən edilir;

- dizel mühərrikli avtobuslar üçün “AdBlue” mayesinin 1 litrinin bazar qiymətidir (manat);

- sinif dizel mühərrikli avtobusun 100 km yürüşə yanacaq sərfiyyatı normasıdır (litr/100 km) və müvafiq avtobusların texniki sənədlərinə əsasən müəyyən edilir;

- 20 litr dizel yanacağına təxminən 1 litr “AdBlue” mayesinin sərf olunmasını nəzərə alan əmsaldır.

2.3.6. sinif avtobusların 1 km yürüşə hesablanan texniki xidmət və təmiri ilə bağlı xərclər () aşağıdakı düsturla müəyyən edilir:

- il ərzində sinif avtobusun texniki xidmət və təmiri ilə bağlı yaranan ümumi xərcləridir, hər il üçün Agentlik tərəfindən müxtəlif daşıyıcılara edilən sorğular əsasında əldə edilən məlumatlar əsasında hesablanır;

- il ərzində sinif avtobusların müqavilə üzrə nəzərdə tutulan yürüşüdür (kilometr).

2.3.7. texniki xidmət və təmir ilə bağlı xərclərə aşağıdakılar daxildir:

2.3.7.1. sürtkü və digər istismar materialları ilə bağlı xərclər;

2.3.7.2. şinlərin təmiri və dəyişdirilməsi ilə bağlı xərclər;

2.3.7.3. texniki xidmət və təmir işləri ilə bağlı əməkhaqqı xərcləri;

2.3.7.4. ehtiyat hissələri və materiallar üçün xərclər;

2.3.7.5. avtobusların reysqabağı texniki yoxlanması ilə bağlı xərclər;

2.3.7.6. texniki xidmət ilə bağlı yaranan xərclər.

2.3.8. sinif avtobusun 1 km yürüşə hesablanan tam sığortası (avtokasko) ilə bağlı xərclər () aşağıdakı düsturla müəyyən edilir:

- il ərzində sinif avtobusların tam sığortası (avtokasko) ilə bağlı yaranan xərcləridir, hər il üçün Agentlik tərəfindən müxtəlif daşıyıcılara və sığorta təşkilatlarına edilən sorğular əsasında əldə edilən məlumatlar əsasında orta bazar dəyəri hesablanır;

- il ərzində sinif avtobusların müqavilə üzrə nəzərdə tutulan yürüşüdür (kilometr).

2.3.9. Avtobusun istismarı və sərnişindaşıma fəaliyyəti ilə bağlı yaranan əsaslandırılmış digər xərclərin tərkibinə aşağıdakılar daxildir:

2.3.9.1. iş prosesi ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulan və ona əsasən işçilərə görə əşya və predmetlərlə bağlı daşıyıcı tərəfindən çəkilən xərclər;

2.3.9.2. təmir və bərpa işləri ilə bağlı xərclər;

2.3.9.3. iş şəraitinin yaradılması ilə bağlı xərclər;

2.3.9.4. avtobusların qarajda saxlanması ilə bağlı xərclər;

2.3.9.5. avtobusların dövrü texniki baxışı ilə bağlı xərclər;

2.3.9.6. vergilər və digər məcburi ödənişlərlə bağlı xərclər;

2.3.9.7. mülki məsuliyyətin icbari sığortası ilə bağlı xərclər;

2.3.9.8. icarə (lizinq) xərcləri;

2.3.9.9. qanunvericilikdə nəzərdə tutulan sənədlərin əldə edilməsi ilə bağlı xərclər;

2.3.9.10. üçüncü şəxslər tərəfindən göstərilən xidmətlərə görə xidmət haqları ilə bağlı xərclər;

2.3.9.11. yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclər;

2.3.9.12. işçilərin hazırlığı və təkrar hazırlığı ilə bağlı xərclər;

2.3.9.13. ekoloji cəhətdən zərərli tullantıların qəbulu, saxlanılması və məhv edilməsi ilə bağlı görülən işlər üzrə xərclər;

2.3.9.14. işçilərin istehsalat fəaliyyəti ilə əlaqədar xəsarət alması, əmək qabiliyyətinin itirilməsi və digər hallar üzrə xərclər;

2.3.9.15. kommunal xərclər;

2.3.9.16. avtobusların təmiz saxlanılması və sanitar emalı üçün xərclər;

2.3.9.17. nasaz avtobusların təxliyəsi ilə bağlı xərclər;

2.3.9.18. yol vərəqələri, reysqabağı tibbi müayinə ilə bağlı xərclər;

2.3.9.19. işçi heyətin 00:00-06:00 dövründə işə çatdırılması və iş bitdikdən sonra yaşayış yerlərinə çatdırılması ilə bağlı xərclər;

2.3.9.20. avtobusda təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərclər;

2.3.9.21. dispetçer xidmətinin təşkili ilə bağlı xərclər;

2.3.9.22. rabitə və poçt xidməti ilə bağlı xərclər;

2.3.9.23. kompüter avadanlıqlarında istifadə olunan proqram təminatları ilə bağlı xərclər;

2.3.9.24. işçi heyətin əməkhaqqı ilə bağlı xərcləri;

2.3.9.25. kargüzarlıq ləvazimatları ilə bağlı xərclər;

2.3.9.26. statistik məlumatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı xərclər;

2.3.9.27. daşıyıcının istehsalat və idarəetmə ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsi üzrə xərclər.

2.3.10. sinif avtobusun istismarı və sərnişindaşıma fəaliyyəti ilə bağlı 1 km yürüşə hesablanan digər xərclər () aşağıdakı düsturla müəyyən edilir:

- digər xərclərin dəyişən xərclərə nisbətini xarakterizə edən əmsaldır. Bu əmsal avtobusların sinfindən asılı olaraq aşağıdakı cədvələ əsasən müəyyən edilir:

Müqavilənin qüvvədə olacağı müddəti ərzində bütün sinif avtobusların planlaşdırılan cəm yürüşü (min km)

- sinif avtobusun 1 km yürüşə hesablanan yanacaq xərcləridir;

- sinif avtobusun 1 km yürüşə hesablanan texniki xidmət və təmiri ilə bağlı xərcləridir.

2.4. sinif avtobusun 1 km yürüşünün kapital xərci () (manat/km) aşağıdakı düsturla hesablanır:

- sinif avtobusun qiymətinin (avtobusun alışı ilə bağlı yaranan nəqliyyat və gömrük rəsmiləşdirilməsi xərcləri daxil olmaqla) (manat) 1 km yürüşə hesablanan avtobusun alınması ilə bağlı xərcləridir;

- sinif avtobusun alınması ilə bağlı lizinq və ya kredit xərclərinin qarşılanması üçün 1 km yürüşə hesablanan faiz xərcləridir;

2.4.1. sinif yeni avtobusun qiymətinin (manat) 1 km yürüşə hesablanan avtobusun alınması ilə bağlı xərclər () aşağıdakı düsturla hesablanır:

- sinif yeni avtobusun qiymətidir (manat);

– sinif avtobusun xidmət üzrə yürüşünün yuxarı həddidir. Yanacağın növündən asılı olaraq “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblərə uyğun olaraq müəyyən edilir.

2.4.2. sinif istismar edilmiş avtobusun qiymətinin (manat) 1 km yürüşə hesablanan avtobusun alınması ilə bağlı xərclər () aşağıdakı düsturla hesablanır:

- bu Qaydanın məqsədləri üçün sinif avtobusun qalıq dəyəridir (manat);

– bu Qaydanın məqsədləri üçün sinif avtobusun qalıq yürüşüdür (km);

2.4.3. Bu Qaydanın 2.4.2-ci yarımbəndində göstərilən avtobusun qalıq dəyəri aşağıdakı düsturla hesablanır:

- sinif avtobusun yenisinin alış qiymətidir (manat);

– sinif avtobusun maksimum istismar müddətidir (il). “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblərə uyğun olaraq müəyyən edilir;

- sinif avtobusun dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən keçən müddətdir (il).

2.4.4. Bu Qaydanın 2.4.2-ci yarımbəndində göstərilən avtobusun qalıq yürüşü aşağıdakı düsturla hesablanır:

– sinif avtobusun xidmət üzrə yürüşünün yuxarı həddidir. Yanacağın növündən asılı olaraq “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblərə uyğun olaraq müəyyən edilir.

– sinif avtobusun maksimum istismar müddətidir (il). “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblərə uyğun olaraq müəyyən edilir.

- sinif avtobusun dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən keçən müddətdir (il).

2.4.5. sinif avtobusun alınması ilə bağlı lizinq və ya kredit xərclərinin qarşılanması üçün 1 km yürüşə hesablanan xərcləri () aşağıdakı düsturla hesablanır:

- sinif avtobusun alınması üçün ortaillik kredit və ya lizinq xərcləridir;

- il ərzində sinif avtobusun müqavilə üzrə nəzərdə tutulan yürüşüdür (kilometr).

2.5. sinif avtobusun 1 km yürüşü nəticəsində daşıyıcının əldə etdiyi mənfəət aşağıdakı düsturla hesablanır:

- sinif avtobusun 1 km yürüşünün əməliyyat xərcidir;

- rentabellik səviyyəsidir (0.1 qəbul edilir).

2.6. Xidmətin dəyəri müqavilə üzrə daşıyıcı tərəfindən yerinə yetirilməli olan xidmətin həcmindən asılı olaraq müəyyən edilir.

3.1. Subsidiyanın məbləği aşağıdakı düstura əsasən hesablanır:

– subsidiyanın aylıq məbləğidir;

–müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyəridir;

– gediş haqqından aylıq toplanan vəsaitdir (gediş haqqının toplanması ilə bağlı yaranan xərclər istisna olmaqla).

3.2. Müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyəri aşağıdakı düsturla hesablanır:

–müqavilə üzrə sinif avtobusun xidmətinin aylıq faktiki həcmidir;

– sinif avtobusun 1 km yürüşü üçün xidmətinin dəyəridir;

–müqavilə üzrə avtobusların sinifləridir.

3.3. Müqavilə üzrə ay ərzində göstərilən xidmətə görə daşıyıcıya ödənilən ödənişin məbləği aşağıdakı düsturla hesablanır:

–müqavilə üzrə xidmətin ay ərzində göstərilən dəyəridir;

–müqavilə üzrə tətbiq olunan dəbbə pullarının ümumi məbləğidir.

3.4. Gediş haqqı Agentliyin hesabına ödənilir. Müqavilə üzrə ay ərzində xidmətlərin dəyəri gediş haqqının Agentliyin hesabına ödənilməsindən formalaşan vəsait, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondundan ayrılan subsidiya, həmçinin qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına ödənilir. Müqavilə üzrə ay ərzində subsidiya Agentlik tərəfindən ayda bir dəfə daşıyıcı tərəfindən verilən hesab faktura və Agentlik və daşıyıcı tərəfindən imzalanan xidmətlərin qəbul aktı əsasında ödənilir. Müqavilə ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyərindən çox olduqda artıq vəsait Agentliyin hesabında qalır. Digər daşıyıcılarla bağlanılan müqavilələr ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait xidmətin dəyərindən az olduqda xidmətin dəyərinin ödənilməsində həmin vəsaitdən istifadə olunur.

3.5. Gediş haqqının ödənilməsindən Agentliyin hesabına daxil olan vəsait hesabına Agentlik daşıyıcının hesabına avans köçürə bilər və bu zaman yarana biləcək bank komissiyası daşıyıcıya ödənilən vəsaitdən tutulur. Müqavilə üzrə ay ərzində subsidiyanın ödənilməsi zamanı daşıyıcıya ödənilən avansın ümumi məbləği nəzərə alınır.

3.6. Müqavilə üzrə ödənişlər Agentlik tərəfindən daşıyıcının müqavilədə göstərilən bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə nağdsız şəkildə həyata keçirilir.

3.7. Təqvim ili başa çatdıqdan sonra 30 iş günü ərzində daşıyıcı və Agentlik hesablaşmaları üzləşdirirlər. Hesablaşmaların üzləşməsinin nəticələrinə əsasən, daşıyıcı və Agentlik üzləşmə aktı tərtib edir və imzalayırlar. Üzləşmə zamanı yaranan borcun ödənilməsi və ya artıq ödənilmiş vəsaitin geri qaytarılması hallarında 2 iş günü ərzində yazılı bildiriş verilir və həmin yazılı bildirişin alındığı tarixdən 7 iş günü ərzində ödəniş həyata keçirilir.

3.8. Agentlik tərəfindən Xidmətin dəyərinə ildə bir dəfə, həmçinin yanacağın qiymətində dəyişikliklər olduğu və digər əhəmiyyətli hallar (verginin və digər məcburi ödənişlərin artması, avtomobillərin təmiri xidmətinin 10% və daha çox bahalaşması, milli valyutanın devalvasiyası, 10%-dən daha çox inflyasiyanın olması) baş verdiyi təqdirdə yenidən baxılır və nəticəsi müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.

3.9. “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblər ilə müəyyən edilən yürüş həddini və maksimum istismar müddətini keçən avtobuslarla xidmət göstərilə bilməz.

3.10. Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsi üçün avtobuslar dövlət vəsaiti hesabına alındıqda subsidiya hesablanarkən kapital xərcləri nəzərə alınmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver