Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı — Sumqayıt (Sumqayıt — Bakı) marşrutu üzrə sərnişindaşıma xidmətinin qiymətlərinə baxılması barədə
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 28 sentyabr tarixli iclasının protokoluna əsasən qərara alır:
1. Bakı şəhərində fəaliyyət göstərən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin aşağıda göstərilən qiymətləri təsdiq edilsin.
Qeyd: Sərnişinlər şəhərətrafı marşrutlarda qəsəbələrarası hərəkət etdikdə 15 qəpik gediş haqqı ödəyirlər.
2. Bakı — Sumqayıt (Sumqayıt — Bakı) marşrutu üzrə gediş haqqı 30 qəpik səviyyəsində müəyyən edilsin.
Qeyd: Bakı — Sumqayıt marşrutu üzrə tariflər Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət zamanı Bakı — Sumqayıt marşrutu tariflərinə şəhərdaxili tariflər əlavə olunur.
3. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi bütün marşrutlar üzrə avtobuslarda yeni tariflər barədə məlumatların sərnişinlərin görə biləcəyi yerlərdə aydın oxuna biləcək şəkildə yerləşdirilməsini və kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayılmasını təmin etsin.
4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yeni qəbul olunmuş tariflərin düzgün tətbiq olunmasına nəzarəti gücləndirsin və qiymət intizamının pozulmasına yol vermiş marşrutların ləğvi üzrə təcili tədbirlər həyata keçirsin.
5. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi cədvəldə göstərilən marşrutların sayında baş vermiş dəyişikliklər (artma-azalma) barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına məlumat versin.
6. Təsdiq olunmuş tariflər 2006-cı il 09 oktyabr tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 28 sentyabr 2006-cı il