Sahə avtomobil yollarına təsərrüfatdaxili və texnoloji daşımaları, habelə digər ehtiyacları ödəmək üçün müvafiq qaydada müəssisə və təşkilatların mülkiyyətində və ya istifadəsində olan, həmçinin bu məqsədlə onların öz vəsaitləri hesabına yaradılan avtomobil yolları aiddir.
Sahə yollarından istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu qanunun tələblərinə uyğun olaraq müəyyən edirlər.
Sahə yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.