Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Ümumi istifadədə olan avtomobil yollarının adı və indeksasiyası

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ümumi istifadədə olan avtomobil yollarının adı və indeksi olmalıdır.

Ümumi istifadədə olan avtomobil yollarının adına onun birinci və axırıncı yaşayış məntəqələrinin adı, lazım gələrsə, aralıq yaşayış məntəqələrinin adı da daxil edilir.

Addan başqa, ümumi istifadədə olan avtomobil yollarının onların göstəricisi olan yerlərdə və xəritələrdə Azərbaycan əlifbasının hərfləri və rəqəmlərlə qeyd olunmuş indeksi də olur.

Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ümumi istifadədə olan avtomobil yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən adlandırılır.

Beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası beynəlxalq sazişlər əsasında müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver