Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Avtomobil yollarının qorunması

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Avtomobil yollarının qorunması avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən həyata keçirilir.

Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlər yol əmlakının qorunmasını onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər.

Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlər qarşılıqlı fəaliyyət göstərirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver