Avtomobil yollarının səfərbərliyə hazırlığı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq avtomobil yollarından fövqəladə şəraitlərdə istifadəçini təmin etmək məqsədi ilə həyata keçirilir.
Avtomobil yollarının səfərbərliyə hazırlığına rəhbərliyi dövlət avtomobil yollarında - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, bələdiyyə yollarında isə müvafiq bələdiyyə orqanları həyata keçirirlər.
Yol təsərrüfatı orqanları avtomobil yollarında hərəkətin pozulmasına səbəb olan hadisələrin nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir. Bu məqsədlə onlar müvafiq maddi və texniki vəsaitlərlə təmin edilirlər.