Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Ümumi istifadədə olan avtomobil yolları

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir.

Ümumi istifadədə olan avtomobil yollarının tərkibinə, həmçinin ödənişli, beynəlxalq və müdafiə təyinatlı yollar da daxildir.

Əsas etibarı ilə müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan müdafiə təyinatlı yollara aid edilən respublika, yerli, şəhər və sahə yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tərtib və təsdiq edilir.

Əsasən respublika əhəmiyyətli yollardan ibarət olan beynəlxalq avtomobil yollarının təsnifatı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyənləşdirilir.

Ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tərtib və təsdiq edilir.

Özəl, bələdiyyə və sahə yolları onların mülkiyyətçilərinin qərarı ilə o halda ümumi istifadə üçün açıq ola bilər ki, buna müvafiq icra hakimiyyəti orqanlarının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən edilmiş qaydada müsbət rəyi alınmış olsun.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver