“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
2. Bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 yanvar 2007-ci il
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının “Avtomobil yolları haqqında” 1999-cu il 22 dekabr tarixli 778-IQ nömrəli və “Büdcə sistemi haqqında” 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli qanunlarına, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun (bundan sonra – Fond) vəsaitlərinin istifadəsi mexanizmini müəyyən edir.
1.2. Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılmasını, qorunmasını və təmirini, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsini təmin etməkdir.
1.3. Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.
2.1. Fondun vəsaitləri aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
2.1.7. iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr;
2.1.8. dövlət büdcəsindən ayrılan vəsait;
2.1.9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr.
2.2. Fondun mövcud qanunvericiliyə uyğun hazırlanmış büdcə layihəsi cari il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Bu zaman həmin layihəyə vahid büdcə təsnifatına uyğun olaraq, aidiyyəti gəlir və xərc maddələri üzrə məbləğlər göstərilməklə ümumi illik smeta əlavə olunur.
2.3. Fond üzrə daxilolmalar və xərclər dövlət büdcəsinin gəlir və xərc hissələrində ayrıca göstərilməklə, müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir.
3.1. Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı aşağıda göstərilən istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir:
3.1.1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmiryol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirən respublika əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmirinə;
3.1.2. rayonlararası və kənd və qəsəbələri şəhər və rayon mərkəzləri ilə birbaşa birləşdirən yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmirinə;
3.1.3. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri ilə bağlı digər işlərin maliyyələşdirilməsinə;
3.1.4. avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsinə;
3.1.5. Avtomobil Yollarının Mühafizə Xidmətinin fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinə.
3.2. Bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində nəzərdə tutulan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasına əsasən həyata keçirilir.
3.3. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
3.4. Fondun vəsaiti hesabına maliyyələşdirilmə dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların maliyyələşdirilməsi üzrə mövcud qaydalara uyğun həyata keçirilir və sənədləşdirilir.
3.5. Fondun vəsaiti həmin Fonda faktiki daxilolmalar dairəsində xərclənir.
3.6. Fondun hesabına daxil olan vəsaitlər ilk növbədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.1 - 7.1.3-cü maddələrində nəzərdə tutulmuş müdafiə olunan xərc maddələrinin ödənilməsinə yönəldilir.
3.7. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.
3.8. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.
4.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Fondun vəsaitlərinin istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük və illik hesabatlar təqdim edir.
4.2. Fondun vəsaitinin xərclənməsi üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Bu Qaydaların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1. 13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125)
2. 21 avqust 2013-cü il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1024)
3. 11 oktyabr 2016-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1724)
4. 25 noyabr 2016-cı il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1972)
5. 20 iyun 2017-ci il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6, maddə 1238)
6. 3 noyabr 2017-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2140)
7. 23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)
8. 13 iyun 2020-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 795)
9. 29 dekabr 2020-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1615)
10. 23 may 2022-ci il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 566)
11. 19 avqust 2022-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 20 avqust 2022-ci il, “Xalq” qəzeti, 21 avqust 2022-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1005)
12. 4 may 2023-cü il tarixli 146 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 713)
13. 16 sentyabr 2025-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 864)
14. 17 aprel 2026-cı il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 aprel 2026-cı il, “Xalq” qəzeti, 24 aprel 2026-cı il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 371)