Qanunvericilik › Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə təlimat (Ədliyyə Nazirliyi, 30.03.2007) › Tam mətn

Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə təlimat (Ədliyyə Nazirliyi, 30.03.2007)

Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə təlimat (Ədliyyə Nazirliyi, 30.03.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Təlimat Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrinə, "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "İnformasiya əldə etmək haqqında" və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır və təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən yayınan və öhdəliklərin icrasından boyun qaçıran, xəbərsiz itkin düşmüş, habelə səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin və naməlum meyitlərin vahid uçotunun təşkili və aparılması qaydalarmı müəyyən edir.

1.2. Vahid uçot - uçot obyektlərinin qeydiyyata alınmasından, mərkəzləşdirilmiş uçotunun aparılmasından və onlara dair məlumatların statistik hesabata daxil edilməsindən ibarətdir.

1.3. Vahid uçotun obyektləri aşağıdakılardır:

a) müvəqqəti saxlama yerlərindən, istintaq təcridxanalarından, penitensiar müəssisələrdən, nəzarət altından və mühafizədən (nəzarətdən, komvoydan) qaçanlar;

b) təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənənlər;

c) mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclular; ç) itkin düşmüş şəxslər;

e) səhhəti, yaşı və digər səbəblərdən özləri haqqında məlumat verə bilməyən və ya verməyən şəxslər, o cümlədən, uşaqlar.

1.4. Vahid uçotun subyektləri əməliyyat-axtarış fəaliyyətini həyata keçirən aşağıdakı orqanlardır:

a) Daxili İşlər Nazirliyi;

b) Milli Təhlükəsizlik Nazirliyi;

c) Ədliyyə Nazirliyi;

ç) Fövqəladə Hallar Nazirliyi;

d) Vergilər Nazirliyi;

e) Dövlət Gömrük Komitəsi; ə) Dövlət Sərhəd Xidməti.

Qeyd olunan subyektlərin icraatında olan işlər üzrə obyektlərin vahid uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (BƏSİİ) tərəfindən aparılır.

1.5. Qeydiyyat - təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən yayınan və öhdəliklərin icrasından boyun qaçıran, xəbərsiz itkin düşmüş, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər və naməlum meyitlər barədə məlumatların ilkin uçot sənədlərinə daxil edilməsi və axtarış işinin qeydiyyat jurnalında ardıcıl sıra nömrəsi verilməklə əks olunmasıdır.

1.6. Mərkəzləşdirilmiş uçot - vahid uçotun obyektləri barədə statistik hesabata daxil edilməli informasiyanın avtomatlaşdırılmış məlumat bankında əks edilməsidir.

Vahid avtomatlaşdırılmış məlumat bankı DİN BƏSÜ-də formalaşır.

1.7. Axtarışın vəziyyətini xarakterizə edən statistik hesabatlar vahid uçotun subyektləri tərəfindən tərtib olunan statistik kartoçkalar əsasında hazırlanır.

1.8. Uçot subyektləri, ayrı-ayrı regionlar, eləcə də bütövlükdə respublika üzrə axtarışın vəziyyətini xarakterizə edən statistik hesabatların tamlığı və dürüstlüyü məhz bu uçotun düzgün aparılmasından asılıdır.

1.9. Axtarışda olanlar, naməlum meyitlər, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər barəsində olan məlumatlar ilkin uçot sənədlərində və qeydiyyat jurnalında əks olunduqda, mərkəzləşdirilmiş uçota qoyulduqda və müvafiq dövrün statistik hesabatına daxil edildikdə vahid uçota qoyulmuş hesab olunur.

1.10. Uçot sənədlərinin qeydiyyatı və göndərilməsi işi ümumi kargüzarlıq qaydaları əsasında həyata keçirilir.

1.11. Uçot subyektlərinin müvafiq vahid jurnal və ilkin uçot sənədləri ilə mərkəzləşdirilmiş təminatını DİN-in Mətbəəsi həyata keçirir.

1.12. Axtarış işlərinin qeydiyyatı və mərkəzləşdirilmiş uçotunun aparılması üçün hər 3 ildən bir BƏSİİ tərəfindən vahid uçot subyektlərinə müəyyən edilmiş sayda nömrələr verilir. Müəyyən səbəblərdən ləğv edilmiş axtarış işinin nömrəsi növbəti açılmış axtarış işinə verilir.

Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun əsaslarım aşağıdakılar təşkil edir:

a) şübhəli və ya təqsirləndirilən şəxsin axtarışının elan edilməsi barədə istintaq və ya məhkəmə orqanlarının qərarı;

b) şəxsin itkin düşməsi faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar;

c) naməlum meyitin tapılması faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar;

ç) səhhəti, yaşı və digər səbəblərdən özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya uşaqların tapılması barədə məlumat;

d) mülki-hüquqi öhdəliklərin icrasından yayınan borcluların axtarılması haqqında məhkəmə icraçılarının qərarı;

e) cinayət işinin başlanılması barədə qərar (naməlum meyitin şəxsiyyətinin müəyyən edilməsinə dair iş açıldıqda).

3.1. Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçota alınması və çıxarılması üçün aşağıdakı ilkin uçot sənədləri tərtib edilərək BƏSİİ-yə göndərilir:

3.1.1. Şübhəli və və təqsirləndirilən şəxs barədə axtarış işi açıldıqda:

a) axtarışı elan olunan şəxsə dair 1 №-li statistik kartoçka (əlavə № 2İ);

b) axtarış kartoçkası (əlavə № 52);

c) nəzarət vərəqəsi (əlavə №3)

a) axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka (əlavə №4);

b) yerli axtarışın xitam olunması barədə bildiriş (əlavə № 5 ).

3.1.2. İtkin düşmüş şəxs barədə axtarış işi açıldıqda:

a) axtarışı elan olunan şəxsə dair 1 №-li statistik kartoçka (əlavə № l);

b) axtarış kartoçkası (əlavə №2 );

c) tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №26); ç) nəzarət vərəqəsi (əlavə №3);

a) axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka (əlavə №24);

b) yerli axtarışın xitam olunması barədə bildiriş (əlavə №5);

c) məlumat (əlavə №7)

Mülki-hüquqi öhdəliklərin icrasından yayman borcluların mərkəzləşdirilmiş uçota alınması və çıxarılması bu Təlimatın 3.1.1-ci bəndində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir.

3.1.3. Naməlum meyitin. şəxsiyyətinin müəyyən edilməsinə dair iş açıldıqda:

a) tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə № 96);

b) daktiloskopik xəritə;

c) ölümün səbəbləri barədə arayış;

ç) məhkəmə-tibb ekspertizasının rəyi.

Qeyd: Tanınma kartına meyitin baş hissəsinin 3 fotoşəkili (ölçüləri 5-6 sm.) - öndən və hər iki yandan (sağ, sol) çəkilmiş fotoşəkillər əlavə olunur. Meyitin fotoşəkilini çəkmək, əl-barmaq izlərini götürmək mümkün olmadıqda (çürümüş, zədələnmiş olduqda və s.) bu barədə arayış tərtib edilir və digər sənədlərlə birgə BƏSİİ-yə göndərilir.

- məlumat (əlavə №28)

3.1.4. Səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər barədə iş açıldıqda:

a) tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №96);

b) daktiloskopik xəritə. İş xitam edildikdə:

- məlumat (əlavə № 28)

3.2. Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin dövlətlərarası axtarışının elan olunması və çıxarılması qaydaları Müstəqil Dövlətlər Birliyinin daxili işlər nazirləri Şurasının 21.04.2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş "Şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsinin vahid qaydaları haqqında" Təlimata əsasən müəyyən edilir.

3.3. Dövlətlərarası axtarışın mərkəzləşdirilmiş uçotu Rusiya Federasiyası DİN-in Baş İnformasiya Analitik Mərkəzində (BİAM) fəaliyyət göstərən Dövlətlərarası Məlumat Bankı tərəfindən aparılır. Vahid uçotun subyektləri tərəfindən dövlətlərarası axtarışa dair tərtib olunmuş uçot sənədləri BƏSİİ vasitəsi ilə Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.

3.4. Zərurət yarandıqda şəxsin təcili dövlətlərarası axtarışının elan edilməsi üçün axtarışın təşəbbüskarı tərəfindən BƏSİİ-yə göndərilən şifroteleqramda (teletaypoqramda, telefaksda və s.) aşağıdakılar göstərilir:

a) pasport göstəriciləri həcmində axtarışda olanın şəxsiyyəti haqqında məlumatlar;

b) şəxsiyyəti təsdiq edən sənədlərin rekvizitləri;

c) axtarış üçün əsaslar;

ç) axtarış işinin nömrəsi və açılma tarixi, cinayət işinin nömrəsi və başlama tarixi;

d) şəxsin təqsirləndirildiyi CM-nin maddəsi, barəsində seçilən qətimkan tədbiri;

e) axtarışı aparan orqanın adı, tutulduqda məlumat verilməli olan telefon, teletayp, telefaks nömrələri.

Göstərilən qaydada şəxs dövlətlərarası axtarış işinin açılmasına dair zəruri sənədləri 2 gün ərzində BƏSİİ-yə təqdim edir, sonuncu isə 3 gün ərzində müvafiq sənədləri Rusiya Federasiyası DİN-in BİAM-a göndərir.

4. İlkin uçot sənədlərinin tərtibi, onlara dair məlumatların qeydiyyat jurnalında əks olunması və BƏSİİ-yə göndərilməsi qaydaları

4.1. Axtarış və şəxsiyyətin müəyyən edilməsinə dair işlər açıldıqdan sonra onlara aid müvafiq uçot sənədləri 3 gündən gec olmayaraq tərtib edilir və BƏSİİ-yə göndərilir.

4.2. Axtarışı elan olunmuş şəxslərə dair uçot sənədləri oxunan xətlə, düzəlişsiz tərtib edilməli, onların soyadı, adı və atasının adı iri çap hərflərilə yazılmalıdır.

Uçot sənədlərinin müvafiq qrafaları düzgün doldurulmalı, qeyd olunmuş suallara dolğun cavablar verilməlidir. Şəxsin anadan olma tarixi (gün, ay, il göstərməkdə) və yeri, onun yaşadığı ünvan qısaldılmadan, tam əks olunmalıdır.

4.3. Statistik kartoçkalarda əsas göstəricilər mütləq öz əksini tapmalı, şəxsiyyətin müəyyənləşdirilməsinə dair tanınma kartında 1,4, 6-17, 44-59-cu qrafalar mütləq doldurulmalıdır.

4.4. Uçot sənədlərini tərtib edən və imzalayan şəxslər tutduğu vəzifəsini, rütbəsini, soyadını tam və qısaldılmadan kartoçkada əks etdirməlidir.

4.5. Axtarış və şəxsiyyətin müəyyən edilməsinə dair işlərin qeydiyyatı əməliyyat aparatının rəhbərliyi və ya müvafiq əmrlə bu işin həvalə olunduğu digər əməkdaş tərəfindən aparılır.

4.6. Axtarış işlərinin qeydiyyatmı aparan əməkdaş 1 №-li qeydiyyat jurnalında (əlavə № 9) axtarış işinə dair müvafiq qeydləri aparır. Həmin jurnalın sütunları müvafiq statistik uçot sənədlərinin məlumatlarına əsasən doldurulur. Məlumatlar jurnalın sütunlarındakı göstəricilərə əsasən tam və dəqiq əks etdirilməlidir. Sonradan tərtib olunan uçot sənədlərindəki məlumatlar jurnalda qeyd edilən zaman hansı məlumatın dəqiqləşdirildiyi və dəyişikliyin edildiyi göstərilməlidir.

4.7. Bu Təlimatın tələbləri pozulmaqla tərtib olunmuş uçot sənədləri BƏSİİ-də uçota alınmadan geri qaytarılır.

4.8. Axtarış işləri üzrə əlavə məlumatlar, dəyişikliklər və düzəlişlər olduqda, bu barədə axtarışın təşəbbüskarı tərəfindən yeni uçot sənədləri tərtib olunaraq BƏSİİ-yə göndərilir.

5.1. Daxil olan uçot sənədləri üzrə axtarılan şəxslərin axtarışda olub-olmamasının (o cümlədən, dövlətlərarası axtarışda), həbs edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə 1 №-li statistik kartoçkalar BƏSİİ-nin müvafiq uçotları üzrə yoxlanılır.

5.2. Kartoçkalar BƏSİİ-də yoxlanılarkən şəxsin axtarışda və ya həbsdə olması aşkar edilərsə, daxil olmuş uçot sənədləri 2 №-li qeydiyyat jurnalında əks olunmur və təşəbbüskar orqana qaytarılır. Şəxsin axtarışda olması aşkar edildikdə 1 №-li statistik kartoçkanın üzərində onu axtaran orqanın adı, axtarış işinin nömrəsi, axtarışın elan olunması tarixi, CM-nin maddəsi və digər zəruri məlumatlar qeyd edilir. Şəxsin həbsdə olması aşkar edildikdə isə 1 №-li statistik kartoçkanın üzərində onun həbs olunma tarixi, saxlanıldığı yer, cinayət işinin nömrəsi, CM-nin maddəsi və digər zəruri məlumatlar qeyd edilir.

5.3. Digər hallarda 1 №-li statistik kartoçkalar axtarış işlərinin 2 №-li qeydiyyat jurnalında (əlavə № 10) əks etdirilir.

5.4. Sonradan statistik kartoçkalarda olan məlumatlar avtomatlaşdırılmış məlumat bankına daxil edilir və bununla bağlı kartoçkalar üzərində müvafiq qeydlər aparılır.

5.5. Barələrində axtarış işləri olan şəxslərin axtarış kartoçkalan onlar haqqında daxil olan sorğuların cavablandırılması məqsədilə BƏSİİ-nin müvafiq kartotekasına yerləşdirilir.

5.5. Barələrində axtarış işləri olan şəxslərə dair tərtib olunmuş nəzarət vərəqəsi müvafiq kartotekaya yerləşdirilməsi üçün DİN-in Pasport-Qeydiyyat İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsinə göndərilir.

5.6. Dövlətlərarası axtarışın elan edilməsi barədə daxil olmuş qərar yoxlanılır və sonradan DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəhbərliyi tərəfindən təsdiq olunaraq BƏSİİ vasitəsi ilə Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.

5.7. Axtarış işinin xitam olunması barədə BƏSİİ-yə daxil olan 2 №-li statistik kartoçka 2 №-li qeydiyyat jurnalında əks olunur, avtomatlaşdırılmış məlumat bankına daxil edilir və kartoçkanın üzərində bu barədə müvafiq qeydiyyat aparılır.

5.8. 2 №-li statistik kartoçkaya əsasən əvvəllər müvafiq kartotekaya yerləşdirilmiş axtarış kartoçkası götürülür.

5.10. Axtarış işinin xitam olunmasına dair bildiriş müvafiq kartotekadan nəzarət vərəqəsinin çıxarılması üçün DİN-in Pasport-Qeydiyyat İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsinə göndərilir.

5.11. Dövlətlərarası axtarışın xitam edilməsi barədə DİN BCAİ rəhbərliyinin təsdiq etdiyi qərar BƏSİİ tərəfindən Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.

5.12. İtkin düşmüş şəxslərin, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçotdan çıxarılması təşəbbüskar orqanlar tərəfindən BƏSİİ-yə göndərilmiş məlumatlar (7 və 8 №-li əlavələr) əsasında həyata keçirilir.

6.1. Uçot üzrə sorğu etmək hüququna təhqiqat, istintaq və məhkəmə orqanları malikdirlər.

6.2. Vahid uçotun obyektləri üzrə aşağıdakı sorğular verilə bilər:

a) uçot sənədində olan rekvizitlər üzrə;

b) ayrı-ayrı regionlar, bütövlükdə respublika, eləcə də uçot subyektləri üzrə axtarışın vəziyyətini xarakterizə edən hesabatlara dair.

6.3. Şəxslərin axtarışda olması barədə məlumatı əldə etmək üçün aşağıdakı orqanlara müraciət etmək olar:

a) yazılı sorğu ilə BƏSİİ-yə;

b) yazılı və ya telefon vasitəsi ilə (şərtləşdirilmiş məxfi sözlə-parolla) DİN-in Pasport-Qeydiyyat İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsinə.

6.4. Xəbərsiz itkin düşmüş şəxslərə, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyənlərə və naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə dair sorğular tanınma kartının blankında tərtib edilərək BƏSİİ-yə göndərilir. Bir sıra hallarda (çürümüş və ya skeletləşmiş meyit) sorğu sərbəst formada tərtib edilə bilər.

Xəbərsiz itkin düşmüş şəxsin istintaq təcridxanasında, penitensiar müəssisələrdə, ölmüş və ya xəstələrin sırasında olmasına dair müvafiq yoxlama aparılır və sonradan özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya naməlum meyitlərin uçotları üzrə yoxlanılır.

Yoxlama zamanı xəbərsiz itkin düşmüş şəxsin məlumatları özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya naməlum meyitin məlumatları ilə oxşarlıq təşkil edərsə, bu barədə sorğunun təşəbbüskarına məlumat verilir.

6.5. Uçot üzrə BƏSİİ-yə daxil olan sorğular 7 iş günündən gec olmayaraq, təcili sorğular isə 1 gün ərzində icra edilir. Sorğu mürəkkəb və ya böyük həcmli olduqda BƏSİİ-nin rəhbərliyi sorğunun icra müddətini əlavə olaraq 7 iş gününə qədər uzada bilər.

7.1. Axtarışda olan şəxslər barədə statistik kartoçkalar axtarış işinin xitamı ilə əlaqədar BƏSİİ-də 1 il saxlanıldıqdan sonra məhv edilir.

7.2. Şəxsiyyəti müəyyən edilmiş şəxs barədə işi üzrə uçot sənədləri BƏSİİ-də 1 il saxlanıldıqdan sonra məhv edilir.

7.3. 15 il müddətində yeri müəyyən edilməyən itkin düşmüş şəxsə və ya şəxsiyyəti müəyyənləşməyən naməlum meyitə, eləcə də səhhəti və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən xəstə və ya uşaqlara dair xitam olunmuş iş üzrə tanınma kartı BƏSİİ-də 10 il saxlanıldıqdan sonra məhv edilir. Bu müddət əməliyyat-axtarış işlərinə aid edilmir.

Qeyd: Mülki prosessual qaydada itkin düşmüş şəxsin ölmüş hesab edilməsi barədə məhkəmənin qərarı tanınma kartının məhv edilməsi üçün əsas ola bilməz.

7.4. Uçot obyektlərinə dair elektron variantda olan arxiv məlumatları BƏSİİ-də 15 il müddətində saxlanıldıqdan sonra məhv edilir.

7.5. Axtarış işlərinə dair 1 №-li qeydiyyat jurnalı yenisi ilə əvəz olunduqda uçot subyektində 5 il müddətində saxlanıldıqdan sonra məhv edilir.

7.6. Axtarış işlərinə dair 2 №-li qeydiyyat jurnalı yenisi ilə əvəz olunduqda BƏSİİ-də 5 il müddətində saxlanıldıqdan sonra məhv edilir.

8.1. Uçot subyektinin rəhbəri (əməliyyat aparatının rəhbəri) və axtarış işlərinin qeydiyyatını aparan əməkdaş:

a) bu Təlimatın tələblərinin icrasını təmin edir;

b) statistik uçot sənədlərinin Təlimatın tələblərinə uyğun qaydada tərtib edilməsi və müəyyən edilmiş müddətlərdə BƏSİİ-yə göndərilməsinə nəzarət edir;

c) uçot-qeydiyyat intizamının vəziyyətini mütəmadi olaraq araşdırır və uçot obyektlərinin qeydiyyatım, mərkəzləşdirilmiş uçotunu təmin etməyən, məlumatların təhrifinə yol verən əməkdaşların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması məsələsini həll edir;

ç) hər rübün yekunu üzrə uçot subyektinin qeydiyyatında olan axtarış işlərini BƏSİİ-nin uçotu üzrə üzləşdirir və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin edir.

a) axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun Təlimatın tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət edir;

b) vahid avtomatlaşdırılmış məlumat bankının fəaliyyətini təmin edir.

c) uçot materiallarının dolğunluğuna və keyfiyyətinə nəzarət edir;

ç) təqsirləndirilən şəxslərin axtarışı ilə əlaqədar icraatı dayandırılmış cinayət işlərini açılmış axtarış işləri ilə mütəmadi olaraq tutuşdurur və müəyyən edilmiş fərqlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür;

d) vahid uçotun təmin edilməsi sahəsində aşkar olunan nöqsanlar barədə uçot subyektlərinin rəhbərlərini məlumatlandırır.

Soyadı_________________________________________________ Qeydiyyat yeri______________

Adı ___________________________________________________ __________________________

Atasının adı____________________________________________ _____________________________

Anadan olma tarixi______________________________________ Dövlətlərarası axtarış

Anadan olma yeri_______________________________________ Tarixi:____________________

_______________________________________________________ Sirk № ___________________

Cinsi_____________ milliyyəti ____________________________ Daktoformula:

Pasp(1), ş/vəs (2): seriya ___________№___________________ ___________________________

____________ il tarixdən ________________________________ __________________________

____________________________________________________________________ ərazisində gizlənir ( itmişdir)

Axtarışın səbəbi______________________________________________________________________

Cinayətin növü, CM mad. _________________________ qətimkan tədbiri_____________________

C/i №-si_________ dayan. tarixi________________ a/i-nin №-si _________ tarixi __________________

____________________________________________________________ orqan tərəfindən axtarılır.

________________________________________________________________________________________

_______________________ məhkəməsi tərəfindən ____________________ il tarixdə ____________

Verilən ______________ saylı icra vərəqəsinə əsasən iddiaçı ________________________________

_____________________________________________________________________________________

nəfinə ______________________________________ məbləğində aliment verməyə (vurulan ziyanı ödəməyə) borcludur.

Kartoçkanı tərtib etdi ______________________________________________________________

______________________ orqanın rəisi _______________________________________________

<<______>> _____________200__ il ______________________________________________________________________

Soyadı_____________________________________________________________________________

Adı _______________________________________________________________________________

Atasının adı ________________________________________________________________________

Anadan olma tarixi _________________________________________________________________

Anadan olma yeri __________________________________________________________________

Pasp(1), ş/vəs (2): seriya ___________№___________________ <<______>> -ci il tarixdə

_______________________________________________________________________________

orqan tərəfindən verilmişdir

Axtarış işinin №-si, ili ______________________________________________________________

__________________________________________________________________________________

Orqan tərəfindən verilmişdir.

Qətimkan tədbiri____________________________________________________________________

___________________________________________________________________________________

Tərtib etdi _________________________________________________________________________

_________________________________________________________________ orqanın rəisi

_______________________________________________________________________________

<<______>> _____________200__ il

Azərbaycan Respublikası DİN-in

PQİ-nin MAPS üzrə məlumat şöbəsinə

_______________________________________________________________________________

Soyadı_____________________________________________________________________________

Adı _______________________________________________________________________________

Atasının adı ________________________________________________________________________

Anadan olma tarixi _________________________________________________________________

Anadan olma yeri __________________________________________________________________

__________________________________________________________________________________

______________________________________________________________________________ orqan rəisi

____________________________________________________________________________________________________

____________________________________________________________________________________________________

BƏSİİ-nin uçotundan çıxarılmışdır.

Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin rəisi

_________________________________________________________________________________________

<<______>> _____________200__ il

1._________________________________________________________________________________

_________________________________________________________________________________________

2. <<______>> _____________200__ ildə itkin düşüb.

3. Axtar işinin №-si _____________ elan olunma tarixi __________________

4. <<______>> _____________200__ ildə müəyyən olunub.

a) respublika ərazisində,

b) digər respublika ərazisində

____________________________________________________________________________________________________

5. Uçotdan çıxarılmağa əsas (lazım olanı xətləmək)

a) yeri müəyyən olunub,

b) meyit tapılıb______________________________________________________________

______________________________________________________________________________________________________

c) müddət keçdiyinə görə iş xitam olunub

6. İtkin düşmə faktı ilə əlaqədar cinayət işi başlanıb: c/i-nin №-si_____________________________ başlama tarixi

Orqan rəisi_________________________________________________________________________

___________________________________________________________________________________

_____________________________________________________________________________________

(rütbəsi) (imzası) (soyadı)

AR DİN-in BƏSİİ-nin rəisi

_____________________________________________________________________________________

(rütbəsi) (imzası) (soyadı)

1. Tapılıb <<______>> _____________200__

2. Tapıldığı yer ________________________________________________________________

3. _________________________________________________________________________

_________________________________________ şəxsiyyətinin müəyyən edilməsinə dair iş

(meyitin xəstənin, uşağın)

___________________________________________________

(nömrə, başlandığı tarix)

4. Üzərində zorakarlıq əlamətləri var,

Üzərində zorakarlıq əlamətləri yoxdur

__________________________________________________________________________________

5. Uçotdan çıxarılmanın əsasları (lazım olanı xətlə qeyd etmək)

a) identifikasiya (daktilouçot daxil olmaqla)

c) mürur müddətinə görə

_____________________________________________________________________________________

6. İtkin düşmüş şəxs kimi uçotdadır__________________________________________________

_______________________________________________________________________________________________________

Orqan rəisi_________________________________________________________________________

___________________________________________________________________________________

_____________________________________________________________________________________

(rütbəsi) (imzası) (soyadı)

AR DİN-in BƏSİİ-nin rəisi

_____________________________________________________________________________________

(rütbəsi) (imzası) (soyadı)

Xidməti istifadə üçün

____________________________________________________________________

____________________________________________________________________________________________________

Qeydiyyat №-si____________

Başlanıb "_____________" 200 _________ il.

Qurtarıb "_____________" 200___________ il.

Arx. № _______________

Saxlama müddəti ________________

İşinin xitamı üçün əsas, tarixi və arxiv №-si

Xidməti istifadə üçün

____________________________________________________________________

____________________________________________________________________________________________________

Qeydiyyat №-si____________

Başlanıb "_____________" 200 _________ il.

Qurtarıb "_____________" 200___________ il.

Arx. № _______________

Saxlama müddəti ________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver