Qanunvericilik › “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 04.10.2012) › Tam mətn

“Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 04.10.2012)

“Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 04.10.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İstintaq, təhqiqat və məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən yayınan və öhdəliklərin icrasından boyun qaçıran, xəbərsiz itkin düşmüş, habelə səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin və naməlum meyitlərin vahid uçotunun təşkili və aparılması qaydalarının təkmilləşdirilməsi, habelə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun icrasının təmin edilməsi məqsədilə,

1. «Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23.02.2007-ci il tarixli 107 nömrəli əmri ləğv edilsin.

3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 04 oktyabr 2012-ci il tarixli Q52-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.4-cü yarımbəndinə əsasən Nazirlik axtarışa dair məlumatların bankını yaradır, bu bankların üzərində iş aparılmasını və onların istifadəsini təşkil edir.

1.2. Vahid uçot – uçot obyektlərinin qeydiyyata alınmasından, mərkəzləşdirilmiş uçotunun aparılmasından və onlara dair məlumatların statistik hesabata daxil edilməsindən ibarətdir.

1.3. Vahid uçotun obyektləri aşağıdakılardır:

1.3.1. müvəqqəti saxlama yerlərindən, istintaq təcridxanalarından, penitensiar müəssisələrdən, nəzarət altından və mühafizədən (nəzarətdən, komvoydan) qaçanlar;

1.3.2. təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənənlər;

1.3.3. mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclular;

1.3.4. itkin düşmüş şəxslər;

1.3.5. naməlum meyitlər;

1.3.6. səhhəti, yaşı və digər səbəblərdən özləri haqqında məlumat verə bilməyən və ya verməyən şəxslər, o cümlədən uşaqlar.

1.4. Vahid uçotun subyektləri əməliyyat-axtarış fəaliyyətini həyata keçirən aşağıdakı orqanlardır:

1.4.1. Daxili İşlər Nazirliyi;

1.4.3. Ədliyyə Nazirliyi;

1.4.4. Fövqəladə Hallar Nazirliyi;

1.4.6. Dövlət Gömrük Komitəsi;

1.4.6-1. Dövlət Təhlükəsizliyi Xidməti;

1.4.7. Dövlət Sərhəd Xidməti;

1.4.7-1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

1.4.8. Qeyd olunan subyektlərin icraatında olan işlər üzrə obyektlərin vahid uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (bundan sonra DİN-in BƏSİİ) tərəfindən aparılır.

1.5. Qeydiyyat - təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən yayınan və öhdəliklərin icrasından boyun qaçıran, xəbərsiz itkin düşmüş, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər və naməlum meyitlər barədə məlumatların ilkin uçot sənədlərinə daxil edilməsi və axtarış işinin qeydiyyat jurnalında ardıcıl sıra nömrəsi verilməklə əks olunmasıdır.

1.6. Mərkəzləşdirilmiş uçot - vahid uçotun obyektləri barədə statistik hesabata daxil edilməli informasiyanın avtomatlaşdırılmış məlumat bankında əks edilməsidir.

1.6.1. Vahid avtomatlaşdırılmış məlumat bankı DİN-in BƏSİİ-də formalaşır.

1.7. Axtarışın vəziyyətini xarakterizə edən statistik hesabatlar vahid uçotun subyektləri tərəfindən tərtib olunan statistik kartoçkalar əsasında hazırlanır.

1.8. Uçot subyektləri, ayrı-ayrı regionlar, eləcə də bütövlükdə respublika üzrə axtarışın vəziyyətini xarakterizə edən statistik hesabatların tamlığı və dürüstlüyü məhz bu uçotun düzgün aparılmasından asılıdır.

1.9. Axtarışda olanlar, naməlum meyitlər, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər barəsində olan məlumatlar ilkin uçot sənədlərində və qeydiyyat jurnalında əks olunduqda, mərkəzləşdirilmiş uçota qoyulduqda və müvafiq dövrün statistik hesabatına daxil edildikdə vahid uçota qoyulmuş hesab olunur.

1.10. Uçot sənədlərinin qeydiyyatı və göndərilməsi işi ümumi kargüzarlıq qaydaları əsasında həyata keçirilir.

1.11. Uçot subyektlərinin müvafiq vahid jurnal və ilkin uçot sənədləri ilə mərkəzləşdirilmiş təminatını Daxili İşlər Nazirliyinin (bundan sonra DİN-in) Mətbəəsi həyata keçirir.

1.12. Axtarış işlərinin qeydiyyatı və mərkəzləşdirilmiş uçotunun aparılması üçün hər 3 ildən bir BƏSİİ tərəfindən vahid uçot subyektlərinə müəyyən edilmiş sayda nömrələr verilir. Müəyyən səbəblərdən ləğv edilmiş axtarış işinin nömrəsi növbəti açılmış axtarış işinə verilir.

2.1. Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun əsaslarını aşağıdakılar təşkil edir:

2.1.1. şübhəli və ya təqsirləndirilən şəxsin axtarışının elan edilməsi barədə istintaq və ya məhkəmə orqanlarının qərarı;

2.1.2. şəxsin itkin düşməsi faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar;

2.1.3. naməlum meyitin tapılması faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar;

2.1.4. səhhəti, yaşı və digər səbəblərdən özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya uşaqların tapılması barədə məlumat;

2.1.5. mülki-hüquqi öhdəliklərin icrasından yayınan borcluların axtarılması haqqında məhkəmə icraçılarının qərarı;

2.1.6. cinayət işinin başlanılması barədə qərar (naməlum meyitin şəxsiyyətinin müəyyən edilməsinə dair iş açıldıqda).

3.1. Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçota alınması və çıxarılması üçün aşağıdakı ilkin uçot sənədləri tərtib edilərək BƏSİİ-yə göndərilir:

3.1.1. Şübhəli və ya təqsirləndirilən şəxs barədə axtarış işi açıldıqda:

3.1.1.1. axtarışı elan olunan şəxsə dair 1 №-li statistik kartoçka (əlavə №1);

3.1.1.2. axtarış kartoçkası (əlavə №2);

3.1.1.3. nəzarət vərəqəsi (əlavə №3).

3.1.1.4. İş xitam edildikdə:

3.1.1.4.1. axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka (əlavə №4);

3.1.1.4.2. yerli axtarışın xitam olunması barədə bildiriş (əlavə №5 ).

3.1.2. İtkin düşmüş şəxs barədə axtarış işi açıldıqda:

3.1.2.1. axtarışı elan olunan şəxsə dair 1 №-li statistik kartoçka (əlavə №1);

3.1.2.2. axtarış kartoçkası (əlavə №2 );

3.1.2.3. tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №6);

3.1.2.4. nəzarət vərəqəsi (əlavə №3);

3.1.2.5. İş xitam edildikdə:

3.1.2.5.1. axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka (əlavə №4);

3.1.2.5.2. yerli axtarışın xitam olunması barədə bildiriş (əlavə №5);

3.1.2.5.3. məlumat (əlavə №7)

3.1.2.6. Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borcluların mərkəzləşdirilmiş uçota alınması və çıxarılması bu Təlimatın 3.1.1-ci bəndində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir.

3.1.3. Naməlum meyitin şəxsiyyətinin müəyyən edilməsinə dair iş açıldıqda:

3.1.3. 1. tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №6);

3.1.3. 2. daktiloskopik xəritə;

3.1.3. 3. ölümün səbəbləri barədə arayış;

3.1.3. 4. məhkəmə-tibb ekspertizasının rəyi.

3.1.3. 5. Qeyd: Tanınma kartına meyitin baş hissəsinin 3 fotoşəkli (ölçüləri 5-6 sm.) – öndən və hər iki yandan (sağ, sol) çəkilmiş fotoşəkillər əlavə olunur. Meyitin fotoşəklini çəkmək, əl-barmaq izlərini götürmək mümkün olmadıqda (çürümüş, zədələnmiş olduqda) bu barədə arayış tərtib edilir və digər sənədlərlə birgə BƏSİİ-yə göndərilir.

3.1.3.5.1. İş xitam edildikdə:

3.1.3.5.2. məlumat (əlavə №8)

3.1.4. Səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər barədə iş açıldıqda:

3.1.4. 1. tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №6);

3.1.4. 2. daktiloskopik xəritə.

3.1.4. 3. İş xitam edildikdə:

3.1.4. 3.1. məlumat (əlavə №8)

3.2. Müstəqil Dövlətlər Birliyi çərçivəsində Dövlətlərarası axtarışın mərkəzləşdirilmiş uçotu Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Analitik Mərkəzində (bundan sonra Rusiya Federasiyası DİN-in BİAM) fəaliyyət göstərən Dövlətlərarası Məlumat Bankı tərəfindən aparılır. Vahid uçotun subyektləri tərəfindən dövlətlərarası axtarışa dair tərtib olunmuş uçot sənədləri BƏSİİ vasitəsi ilə Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.

3.3. Zərurət yarandıqda şəxsin təcili dövlətlərarası axtarışının elan edilməsi üçün axtarışın təşəbbüskarı tərəfindən BƏSİİ-yə göndərilən şifroteleqramda (teletaypoqramda, telefaksda və s.) aşağıdakılar göstərilir:

3.3.1. pasport göstəriciləri həcmində axtarışda olanın şəxsiyyəti haqqında məlumatlar;

3.3.2. şəxsiyyəti təsdiq edən sənədlərin rekvizitləri;

3.3.3. axtarış üçün əsaslar;

3.3.4. axtarış işinin nömrəsi və açılma tarixi, cinayət işinin nömrəsi və başlama tarixi;

3.3.5. şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsi, barəsində seçilən qətimkan tədbiri;

3.3.6. axtarışı aparan orqanın adı, tutulduqda məlumat verilməli olan telefon, teletayp, telefaks nömrələri.

Göstərilən qaydada şəxs dövlətlərarası axtarış elan edildikdə axtarışın təşəbbüskarı axtarış işinin açılmasına dair sənədləri 2 gün ərzində BƏSİİ-yə təqdim edir, sonuncu isə 3 gün ərzində müvafiq sənədləri Rusiya Federasiyası DİN-in BİAM-a göndərir.

4.1. Axtarış və şəxsiyyətin müəyyən edilməsinə dair işlər açıldıqdan sonra onlara aid müvafiq uçot sənədləri 3 gündən gec olmayaraq tərtib edilir və BƏSİİ-yə göndərilir.

4.2. Axtarışı elan olunmuş şəxslərə dair uçot sənədləri oxunan xətlə, düzəlişsiz tərtib edilməli, onların soyadı, adı və atasının adı iri çap hərflərilə yazılmalıdır.

Uçot sənədlərinin müvafiq qrafaları düzgün doldurulmalı, qeyd olunmuş suallara dolğun cavablar verilməlidir. Şəxsin anadan olma tarixi (gün, ay, il göstərməklə) və yeri, onun yaşadığı ünvan qısaldılmadan, tam əks olunmalıdır.

4.3. Statistik kartoçkalarda əsas göstəricilər mütləq öz əksini tapmalı, şəxsiyyətin müəyyənləşdirilməsinə dair tanınma kartında 1, 4, 6-17, 44-59-cu qrafalar mütləq doldurulmalıdır.

4.4. Uçot sənədlərini tərtib edən və imzalayan şəxslər tutduğu vəzifəsini, rütbəsini, soyadını tam və qısaldılmadan kartoçkada əks etdirməlidir.

4.5. Axtarış və şəxsiyyətin müəyyən edilməsinə dair işlərin qeydiyyatı əməliyyat aparatının rəhbərliyi və ya müvafiq əmrlə bu işin həvalə olunduğu digər əməkdaş tərəfindən aparılır.

4.6. Axtarış işlərinin qeydiyyatını aparan əməkdaş 1 №-li qeydiyyat jurnalında (əlavə №9) axtarış işinə dair müvafiq qeydləri aparır. Həmin jurnalın sütunları müvafiq statistik uçot sənədlərinin məlumatlarına əsasən doldurulur. Məlumatlar jurnalın sütunlarındakı göstəricilərə əsasən tam və dəqiq əks etdirilməlidir. Sonradan tərtib olunan uçot sənədlərindəki məlumatlar jurnalda qeyd edilən zaman hansı məlumatın dəqiqləşdirildiyi və dəyişikliyin edildiyi göstərilməlidir.

4.7. Bu Təlimatın tələbləri pozulmaqla tərtib olunmuş uçot sənədləri BƏSİİ-də uçota alınmadan geri qaytarılır.

4.8. Axtarış işləri üzrə əlavə məlumatlar, dəyişikliklər və düzəlişlər olduqda, bu barədə axtarışın təşəbbüskarı tərəfindən yeni uçot sənədləri tərtib olunaraq BƏSİİ-yə göndərilir.

5.1. Daxil olan uçot sənədləri üzrə axtarılan şəxslərin axtarışda olub-olmamasının (o cümlədən dövlətlərarası axtarışda), həbs edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə 1 №-li statistik kartoçkalar BƏSİİ-nin müvafiq uçotları üzrə yoxlanılır.

5.2. Kartoçkalar BƏSİİ-də yoxlanılarkən şəxsin axtarışda və ya həbsdə olması aşkar edilərsə, daxil olmuş uçot sənədləri 2 №-li qeydiyyat jurnalında əks olunmur və təşəbbüskar orqana qaytarılır. Şəxsin axtarışda olması aşkar edildikdə 1 №-li statistik kartoçkanın üzərində onu axtaran orqanın adı, axtarış işinin nömrəsi, axtarışın elan olunması tarixi, Cinayət Məcəlləsinin maddəsi qeyd edilir. Şəxsin həbsdə olması aşkar edildikdə isə 1 №-li statistik kartoçkada onun həbs olunma tarixi, saxlanıldığı yer, cinayət işinin nömrəsi, Cinayət Məcəlləsinin maddəsi göstərilir.

5.3. Digər hallarda 1 №-li statistik kartoçkalar axtarış işlərinin 2 №-li qeydiyyat jurnalında (əlavə №10) əks etdirilir.

5.4. Statistik kartoçkalarda olan məlumatlar avtomatlaşdırılmış məlumat bankına daxil edilir və kartoçkaların üzərində müvafiq qeydlər aparılır.

5.5. Sorğuların cavablandırılması məqsədilə şəxslərə dair axtarış kartoçkaları BƏSİİ-nin müvafiq kartotekasına yerləşdirilir.

5.6. Barələrində axtarış işləri olan şəxslərə dair tərtib olunmuş nəzarət vərəqəsi müvafiq kartotekaya yerləşdirilməsi üçün DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

5.7. Dövlətlərarası axtarışın elan edilməsi barədə daxil olmuş qərar yoxlanılır və sonradan DİN-in Baş Cinayət Axtarış İdarəsinin (bundan sonra BCAİ) rəhbərliyi tərəfindən təsdiq olunaraq BƏSİİ vasitəsi ilə Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.

5.8. Axtarış işinin xitam olunması barədə BƏSİİ-yə daxil olan 2 №-li statistik kartoçka 2 №-li qeydiyyat jurnalında əks olunur, avtomatlaşdırılmış məlumat bankına daxil edilir və kartoçkanın üzərində bu barədə müvafiq qeydiyyat aparılır.

5.9. 2 №-li statistik kartoçkaya əsasən əvvəllər müvafiq kartotekaya yerləşdirilmiş axtarış kartoçkası götürülür.

5.10. Axtarış işinin xitam olunmasına dair bildiriş müvafiq kartotekadan nəzarət vərəqəsinin çıxarılması üçün DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə göndərilir.

5.11. Dövlətlərarası axtarışın xitam edilməsi barədə DİN-in BCAİ rəhbərliyinin təsdiq etdiyi qərar BƏSİİ tərəfindən Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.

5.12. İtkin düşmüş şəxslərin, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçotdan çıxarılması təşəbbüskar orqanlar tərəfindən BƏSİİ-yə göndərilmiş məlumatlar ( 7 və 8 №-li əlavələr) əsasında həyata keçirilir.

6.1. Uçot üzrə sorğu etmək hüququna təhqiqat, istintaq və məhkəmə orqanları malikdirlər.

6.2. Vahid uçotun obyektləri üzrə aşağıdakı sorğular verilə bilər:

6.2.1. uçot sənədində olan rekvizitlər üzrə;

6.2.2. ayrı-ayrı regionlar, bütövlükdə respublika, eləcə də uçot subyektləri üzrə axtarışın vəziyyətini xarakterizə edən hesabatlara dair.

6.3. Şəxslərin axtarışda olması barədə məlumatı əldə etmək üçün aşağıdakı orqanlara müraciət etmək olar:

6.3.1. yazılı sorğu ilə BƏSİİ-yə;

6.3.2. yazılı və ya telefon vasitəsi ilə (şərtləşdirilmiş məxfi sözlə-parolla) DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə.

6.4. Xəbərsiz itkin düşmüş şəxslərə, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyənlərə və naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə dair sorğular tanınma kartının blankında tərtib edilərək BƏSİİ-yə göndərilir. Bir sıra hallarda (çürümüş və ya skeletləşmiş meyit) sorğu sərbəst formada tərtib edilə bilər.

Xəbərsiz itkin düşmüş şəxsin istintaq təcridxanasında, penitensiar müəssisələrdə, ölmüş və ya xəstələrin sırasında olmasına dair müvafiq yoxlama aparılır və sonradan özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya naməlum meyitlərin uçotları üzrə yoxlanılır.

Yoxlama zamanı xəbərsiz itkin düşmüş şəxsin məlumatları özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya naməlum meyitin məlumatları ilə oxşarlıq təşkil edərsə, bu barədə sorğunun təşəbbüskarına məlumat verilir.

6.5. Uçot üzrə BƏSİİ-yə daxil olan sorğular 7 iş günündən gec olmayaraq, təcili sorğular isə 1 gün ərzində icra edilir. Sorğu mürəkkəb və ya böyük həcmli olduqda BƏSİİ-nin rəhbərliyi sorğunun icra müddətini əlavə olaraq 7 iş gününə qədər uzada bilər.

7.1. Axtarışda olan şəxslər barədə statistik kartoçkalar axtarış işinin xitamı ilə əlaqədar BƏSİİ-də 1 il saxlanıldıqdan sonra məhv edilir.

7.2. Şəxsiyyəti müəyyən edilmiş şəxs barədə işi üzrə uçot sənədləri BƏSİİ-də 1 il saxlanıldıqdan sonra məhv edilir.

7.3. 15 il müddətində yeri müəyyən edilməyən itkin düşmüş şəxsə və ya şəxsiyyəti müəyyənləşməyən naməlum meyitə, eləcə də səhhəti və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən xəstə və ya uşaqlara dair xitam olunmuş iş üzrə tanınma kartı BƏSİİ-də 10 il saxlanıldıqdan sonra məhv edilir. Bu müddət əməliyyat-axtarış işlərinə aid edilmir.

Qeyd: İtkin düşmüş şəxsin ölmüş hesab edilməsi barədə məhkəmənin qərarı tanınma kartının məhv edilməsi üçün əsas ola bilməz.

7.4. Uçot obyektlərinə dair elektron variantda olan arxiv məlumatları BƏSİİ-də 15 il müddətində mühafizə edildikdən sonra məhv edilir.

7.5. Axtarış işlərinə dair 1 №-li qeydiyyat jurnalı yenisi ilə əvəz olunduqda uçot subyektində 5 il müddətində saxlanıldıqdan sonra məhv edilir.

7.6. Axtarış işlərinə dair 2 №-li qeydiyyat jurnalı yenisi ilə əvəz olunduqda BƏSİİ-də 5 il müddətində saxlanıldıqdan sonra məhv edilir.

8.1. Uçot subyektinin rəhbəri (əməliyyat aparatının rəhbəri) və axtarış işlərinin qeydiyyatını aparan əməkdaş:

8.1.1. bu Təlimatın tələblərinin icrasını təmin edir;

8.1.2. statistik uçot sənədlərinin Təlimatın tələblərinə uyğun qaydada tərtib edilməsi və müəyyən edilmiş müddətlərdə BƏSİİ-yə göndərilməsinə nəzarət edir;

8.1.3. uçot-qeydiyyat intizamının vəziyyətini mütəmadi olaraq araşdırır və uçot obyektlərinin qeydiyyatını, mərkəzləşdirilmiş uçotunu təmin etməyən, məlumatların təhrifinə yol verən əməkdaşların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması məsələsini həll edir;

8.1.4. hər rübün yekunu üzrə uçot subyektinin qeydiyyatında olan axtarış işlərini BƏSİİ-nin uçotu üzrə üzləşdirir və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin edir.

8.2.1. axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun Təlimatın tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət edir;

8.2.2. vahid avtomatlaşdırılmış məlumat bankının fəaliyyətini təmin edir.

8.2.3. uçot materiallarının dolğunluğuna və keyfiyyətinə nəzarət edir;

8.2.4. təqsirləndirilən şəxslərin axtarışı ilə əlaqədar icraatı dayandırılmış cinayət işlərini açılmış axtarış işləri ilə mütəmadi olaraq tutuşdurur və müəyyən edilmiş fərqlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür;

8.2.5. vahid uçotun təmin edilməsi sahəsində aşkar olunan nöqsanlar barədə uçot subyektlərinin rəhbərlərini məlumatlandırır.

Axtarışa elan olunan şəxsə dair 1 №-li statistik kartoçka 1 №-li Əlavə

15. Əvvəllər məhkum olunmuş şəxs (1)

Pasport (1), şəxsiyyət vəsiqəsi (2)

16. Axtarışı aparan orqan: DİN-in RPİ (Ş) və tabeliyində

olan PB (1), ƏN (2), DTX (3), İNDVX (4), DSX (5), kod PB-nin kodu

DGK (6), FHN (7) __________________________

Seriya ___________№____________

17. Axtarış: dövlətlərarası (1), yerli (2),

3.1. Cinsi: kişi (1), qadın (2)

18. Başqa orqandan daxil olub (1), digər orqana

verilib (2), başqa ölkəyə göndərilib (3)

19. Qaçmışdır: cəzaçəkmə müəssisəsindən (1),

məntəqə tipli CM-dən (2), konvoydan və ya

MST-dən (3), tərbiyə müəssisəsindən (4),

müalicə müəssisəsindən (6),

İstintaq təcridxanasından (8)

6. Anadan olduğu tarix (gün, ay, il)_______________

6.1. Vətəndaşlığı: əcnəbi (1), o cümlədən

MDB vətəndaşı (2), vətəndaşlığı olmayan

şəxs (3), ölkənin adı_________________

20. Yayınıb (gizlənib): ibtidai istintaqdan (8), məhkəmə

istintaqından (9), cəza çəkməkdən (10)

7. Yetkinlik yaşına çatmayan (1)

8. Cinayət işinin, materialın №-si_

başlanma ili __________

21. Axtarışda olan: alkoqolik (1), narkoman (2), avara (3), aliment verməkdən

boyun qaçıran (4) borclu və cavabdeh olan şəxs (5), dövlət və ya bələdiyyə

təşkilatlarına vurulan ziyanı ödəməkdən yayınan (6), qeydiyyatdan yayınan

əcnəbi və ya vətəndaşlığı olmayan şəxs (8)

9. Axtarışın elan olunması barədə qərarın

tarixi (gün, ay, il)___________________

10. Axtarış qərarı kim tərəfindən verilib: prokurorluq (1), DİN (2), DTX (3), hərbi

prokurorluq (4), məhkəmə (5), ƏN (6), İNDVX (7), DGK (8), FHN (9), DSX (10)

22. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər qətimkan tədbiri (1), azadlıqdan

məhrum edilmiş, lakin hökm qanuni qüvvəyə minməyənə qədər həbs olunmayan (2), islah

və ya ictimai işlərə məhkum olunmuş (3), şərti məhkum olunan (4), azadlıqdan məhrumetmə

yerlərindən şərti azad edilən (5), məhkəmə hökmünün icrası təxirə salınıb (6), barəsində həbs

qətimkan tədbiri seçilib (7), qətimkan tədbiri seçilməmişdir (8)

11. Axtarış işinin açılma tarixi (gün, ay, il)___________

12. Axtarış işinin №-si______________________

13. Axtarılan şəxs: cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən (1),

mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu (2),

itkin düşmüş (3), o cümlədən digər dövlətin ərazisindən (4)

23. Şəxsin fərdi identifikasiya №-si

Orqan rəisi_____________________ İcraçı________________________

______________________________ ____________________________

rütbəsi, soyadı, imzası və tarixi vəzifəsi, rütbəsi, soyadı, imzası və tarixi

14. AR CM-nin maddələrinin №-si:

təzə (1), köhnə (2) redaksiyada

_______________________________

Soyadı ___________________________________

Adı ______________________________________

Atasının adı ______________________________

Anadan olma tarixi ________________________

Anadan olma yeri _________________________

_________________________________________

cinsi _____________________________________

Pasp (1), ş/vəs (2): seriya __________ № ___________ _____________ il tarixdən _________________________

Qeydiyyat yeri ______________________

____________________________________

____________________________________

Dövlətlərarası axtarış:

tarixi: ______________________________

sirk. №_____________________________

___________________________________

____________________________________

_________________________________________________ ərazisində gizlənir (itmişdir)

Axtarışın səbəbi _____________________________________________________________________

Cinayətin növü, CM mad. ____________qətimkan tədbiri_______________________________

C/İ-nin №-si ______dayan.tarixi ________a/i-nin №-si________ tarixi _____________________

____________________________________________________________ orqan tərəfindən axtarılır.

_____________________________________________________________________________________

___________________ məhkəməsi tərəfindən _________________________________ il tarixdə

verilən _______________ saylı icra vərəqəsinə əsasən iddiaçı _____________________________

____________________________________________________________________________________

nəfinə ________________ məbləğində vurulan ziyanı ödəməyə (aliment verməyə) borcludur.

Kartoçkanı tərtib etdi ____________________________________________________________

vəzifəsi, rütbəsi, soyadı

______________________ orqanın rəisi ___________________________________

«_______» _____________ 20 __ il ___________________________________________

Soyadı ________________________________________________________________________

Adı ___________________________________________________________________________

Atasının adı ___________________________________________________________________

Anadan olma tarixi _____________________________________________________________

Anadan olma yeri ______________________________________________________________

Pasport (1), şəxsiyyət vəsiqəsi (2):

seriya ___________№ ___________« »-ci il tarixdə _______________________________

Orqan tərəfindən verilmişdir

Axtarış işinin №-si, ili _____________________________________________

_________________________________________________________________

orqan tərəfindən axtarılır.

Qətimkan tədbiri ____________________________________________________________

____________________________________________________________________________

Tərtib etdi __________________________________________________________________

_______________________________________________________ orqanın rəisi

_________________________________________________________________

«_______» _____________ 20 __ il

Axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka 4 №-li Əlavə

5. Anadan olduğu tarix (gün, ay, il)_______________

6. Axtarış işinin xitam edilmə

tarixi (gün, ay, il) ___________________

7. Axtarış işinin №-si ________________

başlanma tarixi (gün, ay, il) ________________

8. Cinayət işinin, materialın №-si_

başlanma ili __________

9. Axtarışda olan şəxs: şübhəli və ya təqsirləndirilən (1),

mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu (2),

itkin düşmüş (3), o cümlədən digər dövlətin ərazisindən (4)

10. AR CM-nin maddələrinin №-si:

təzə (1), köhnə (2) redaksiyada

_______________________________

11. Axtarış: dövlətlərarası (1) yerli (2), beynəlxalq (3)

12. Axtarışı aparan orqan: DİN-in RPİ (Ş) və tabeliyində

olan PB (1), ƏN (2), DTX (3), İNDVX (4), DSX (5), kod PB-nin kodu

DGK (6), FHN (7) __________________________

13. Şəxs müəyyən edilmişdir: agenturanın (1), inanılmış şəxslərin (2),

ictimaiyyətin (3), BƏSİİ-nin uçotlarının (4), pasport və miqrasiya xidmətinin (5),

axtarış tapşırığının (7), interpolun (8), polis veteranının (9),

DİN-in digər xid. (10) köməyi ilə

14. Şəxsin tutulmasında iştirak etmişlər: CA əməkdaşı (1),

sahə inspektoru (2), post patrul xid.(4), BNMİ (6), BMCMİ (7),

digər xidmətlər (8), BDYPİ (9), İAQMİ (10), BMİ (11),

ÇPA (12), sahə rəisi (13)

15. Axtarışın xitam edilməsi üçün əsaslar: başqa

cinayətə görə məsuliyyətə cəlb edilib (1),

axtarışa ehtiyac qalmadığına görə (2), meyiti

tapılıb (3), o cümlədən cinayətin qurbanı olub (4),

könüllü gəlib (5), müəyyən edilib (tutulub) (6),

başqa dövlətin vətəndaşlığını qəbul edib (7),

törədilmiş əməl həmin dövlətdə cinayət sayılmır (8)

16. Axtarışda olan yaşayırdı: öz rayonunda (1),

başqa rayonda (2), başqa ölkədə (3)

17. Yaşadığı yer: qohumlarının (1), tanışlarının

yanında (2), mehmanxanada (3), yataqxanada

(4), kirayədə (5), başqa yerlərdə (6)

18. Axtarışda olan qeydiyyatda:

olub (1), olmayıb (2)

19. Axtarışda olduğu müddətdə:

20. Hansı orqan tərəfindən müəyyən edilib (tutulub):

RPİ (Ş) və tabeliyində olan PB (1), ƏN (2), kod PB-nin kodu

DTX (3), İNDVX (4), DSX (5), DGK (6), FHN (7) ______

21. Müəyyən edilən (tutulan) barəsində hansı tədbir

görülüb: həbs (1), iltizam (2), başqa tədbir (3)

22. Müəyyən edilən (tutulan) şəxs haqqında nə vaxt

və kimə xəbər verilib_________________________

23. Axtarış işinin xitam edilməsinə dair qərar, onun tarixi,

orqanın adı ________________________________________

________________________________________

24. Başqa dövlətdə müəyyən edildikdə (tutulduqda), onun tarixi (gün, ay, il) və

ölkənin adı _______________________________ kod

_______________________________________________

Orqan rəisi_____________________ İcraçı___________________________

______________________________ _____________________________

rütbəsi, soyadı, imzası və tarixi vəzifəsi, rütbəsi, soyadı, imzası və tarixi

Azərbaycan Respublikası DİN-in

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə

__________________________________________________________________________

Soyadı ___________________________________________________________________

Adı ______________________________________________________________________

Atasının adı_______________________________________________________________

Anadan olma tarixi __________________________________________________________

Anadan olma yeri___________________________________________________________

____________________________________________________________________________

________________________________________________________________ orqan rəisi

___________________________________________________________________________

__________________________________________________________________________

BƏSİİ-nin uçotundan çıxarılmışdır.

Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin rəisi

________________________________________________________________________________

“_____”___________________20 ____-ci il.

1. Orqanın adı ________________________________________________

Axtarılan təqsir.şəxs (TŞ),

(lazım olanı xəttləmək)

8. TARİX: müəyyən olunduğu. NM, NX

BOYU: İD, NX, TŞ(sm) ____________

13. İRQİ: NM, NX-avropoid

Foto çəkilib ___________ ildə

Foto çəkilib ___________ ildə

Foto çəkilib ___________ ildə

14. SOYADI ___________________________ 15. ADI ________________________ 16. ATASININ ADI ___________________________

17. YER: İD, TŞ-in itdiyi ______________________________________________________________________________

NM, NX-in müəyyən olunduğu ölkə vilayət rayon yaşayış məntəqəsi

18. İD, TŞ-in BAŞ GEYİMİNİN ÖLÇÜSÜ

NM, NX-nin BAŞININ ÖLÇÜSÜ (sm) _________

19. İD, TŞ-in AYAQQABISININ ölçüsü

NM, NX-İN AYAĞININ UZUNLUĞU (sm) ___________

Aviasiya, dəniz, dini mövzular, qala, hərif, butulka, həndəsi fiqur, gerb, gitara, heyvan, qıfıl, ulduz, ad, kart, qılınc, kitab, tac, çəkic, qandal, həşərat, bıçaq, heykəl, poqon, nal, üzük, bitki, çəpər, əl, piyalə, şam, ürək, qar dənəciyi, günəş, tekst, fakel, gül, zəncir, rəqəmlər, adam

Əl, əl-pəncəsi, ayaq, ayağın alt pəncəsi, barmaqlar, qulaq, burun, süd vəzisi

Qozbel, ayıpəncə, qısaqılça, qısaqol, nazikqol, nazik ayaq, gözsüz, qrıja, qüsurlu qulaq, burun, dodaq

Anadangəlmə ləkə, iri xal, tüklü, piy qatı, piqment ləkəsi, uzanmış barmaqlar, dovşandodaq, altı barmaq

Əlamətlərin növü ______________

Adı _________________________

Bədən hissəsinin №-si__________

Əlamətlərin növü ______________

Adı _________________________

Bədən hissəsinin №-si__________

Əlamətlərin növü ______________

Adı _________________________

Bədən hissəsinin №-si__________

Əlamətlərin növü ______________

Adı _________________________

Bədən hissəsinin №-si__________

QRUPU (0) (A) (B) (AB) vacib olanı dairəyə almaq

Əlamətlərin növü ______________

Adı _________________________

Bədən hissəsinin №-si__________

Bütün dişlər var(xəttləmək)

Protez var (körpüşəkilli, çıxan), yoxdur

24. DİŞLƏRİN Qapaq:var (ağ, sarı, farfor, plastmas), yoxdur

Sxemdə yazılan yoxdur: tamamilə, əksəriyyəti xəstə,

Plomblanmış: var, yoxdur

Əlamətlərin növü ______________

Adı _________________________

Bədən hissəsinin №-si__________

Şərti işarələmə Dişin vəziyyətinin sxemi

Dişlərin vəziyyəti-sxemlə Sağ tərəf Sol tərəf

S-sınıq Q-sarı metaldan qapaq

M-plomblanmış P-protez

K-karies(xəstə) B-körpü birləşmə

25. SİFƏT: dairəvi, düzbucaqlı, üçbucaqlı, asimmetriklik-var, yoxdur

31. DODAQLAR: nazik, qalın, yuxarı dodağın, aşağı dodağın, hər iki dodağın irəli çıxması

forması:düz, buruq, qıvrım; rəngi: açıq, tünd, çal, kürən, rənglənmiş; uzunluğu: qısa, uzun

26. SAÇLAR: (kişilərdə 10 sm-dən uzun, qadınlarda 30 sm-dən uzun) daranma

fasonlu, hörük, kirpi, parik və s.

32. ÇƏNƏ: irəli çıxan, kəsilmiş, düz,

33. QULAQ pələ, bitişik, sırğalıq-sərbəst,

SEYVANI: uzanan, deşilmiş

27. BIĞ: var, yoxdur, təyin olunmayıb, açıq, tünd, çal, kürən,

34. GÖZLƏR: açıq, tünd, çəpgöz, ləkə, kor,

28. SAQQAL: var, yoxdur, təyin olunmayıb, açıq, tünd, çal, kürən,

35. DANIŞIQ və SƏS pəltək, kartavit, tələffüzdə çatışmamazlıq,

XÜSUSİYYƏTLƏRİ səs xırıltılı; lal-kar

29. QAŞ: düz, qövsşəkilli, əyri, qalın, seyrək, bitişik,

pırtlaşıq, yoxdur və s.

36. XƏSTƏLİYİ: ürək, ağ ciyər, mədə, ifrazat sistemi xəstəlikləri,

sınıqlar, nevroloji xəstəliklər, psixi pozuntular və s.

30. BURUN: söykənəcəyi: düz, şişman, batıq; kökü: horizontal, sallaq,

dik; xüsusiyyətləri: əyri (sağa, sola), yastıburun

HAMİLƏLİK: var, yoxdur, təyin edilməyib

Kepka, furajka, şapka, dəbilqə, araqçın, papaq, yaylıq, ləçək, şal, şərf, şlem, pilotka

Palto, plaş, yarımpalto, sırıqlı, dublyonka, buşlat, şuba, şinel, kurtka, fırtına paltarı,

Pencək, kitel, cins, qadın paltarı, idman paltarı, şalvar, sviter, jilet, poluver, kofta, dalğıc paltarı, köynək, yubka, xalat,

sarafan, jilet, kombinezon, iş paltarı,

Trusuk, mayka, kombinasiya, qayış, qadın lifçiyi, kalqotka, retuz, corab, uzunboğaz corab, üzgücü, çimmə tumanı, futbolka, alt kişi tumanı

Çəkmə, sapoq, valenka, tufli, bosonojka, sandal, şap-şap, idman ayaqqabısı, qaloş, dəri çəkmə

Əlcək, təkbarmaq əlcək, kəmər, qalstuk, aşırma

43. ÜZƏRİNDƏ OLAN ƏŞYALAR, SƏNƏDLƏR, PREDMETLƏR (İD, NM-in tanınmasında əhəmiyyət kəsb edən __________________________________

əl sumkası, zinət əşyaları, qiymətli şeylər

44. Doğum yeri _________________________________________________________________________________________________________

Ölkə vilayət rayon yaşayış məntəqəsi

45. Yaşayış yeri __________________________________________________________________________________________________________

Ölkə vilayət rayon yaşayış məntəqəsi

46. Peşəsi və məşğulluğu __________________________________________________________________________________________________

47. İtmə şəraiti (hara gedib və s.) ___________________________________________________________________________________________

_____________________________________________________________________________________________________________________

48. Məhkumluğu barədə məlumat (nə vaxt, harada, CM-nın maddəsi) __________________________________________________________

49. Ehtimal olunan yeri __________________________________________________________________________________________________

50. Meyitin vəziyyəti ______________________________________ 51. Ölümün səbəbi ________________________________________

dəyişməyib, çürümüş dağılmış, təyin olunmayıb, d/yol travması, batma,

skletləşmiş, mumiyalanmış, yanmış, soyuqdan, yanma, asılma, qəflətən,

sair (yazmaq) sair (yazmaq)

52. Meyitin tapılma tarixi ___________________________________53. Dəfn yeri və vaxtı, qəbirin №-si ____________________________

gün, ay, il gün, ay, il

54. Ərizənin (məlumatın) verilmə tarixi __________________________

55. Açılma tarixi ___________________________________________

gün, ay, il İşin №-si

56. Operativ olaraq məlumat verildi ____________________________

57. BƏSİİ-nin uçotları ilə yoxlanıldı ________________________________________

___________________________________________________________________

Soyad, daktiloskopik, İD, NM, NX

58. RF DİN BİAM-ın daktouçotu ilə yoxlanıldı ________________________________

59. BƏSİİ-də uçota qoyuldu _____________________________________________

Rəis __________________________________________________ BƏSİİ-nin rəisi _____________________________________________________

orqanın adı rütbəsi, soyadı, imzası

__________________________________________________

rütbəsi, soyadı, imzası

Kartı tərtib etdi __________________________________________

rütbəsi, soyadı, imzası

«______» _____________ 20 il

60.RF DİN BİAM-da uçota qoyuldu ________________________

1. _______________________________________________________________________________________________,

_________________________________________________________________________________________________

2. «____» ______________ 20___ ildə itkin düşüb

3. Axtarış işinin №-si _________________elan olunma tarixi ___________________________________________

4. «____» ______________________ 20___ ildə müəyyən olunub

4.1. respublika ərazisində,

4.2. Başqa dövlətin ərazisində

_________________________________________________________________________________________________

5. Uçotdan çıxarılmağa əsas (lazım olanı xətləmək)

5.1. yeri müəyyən olunub,

5.2. meyit tapılıb __________________________________________________________________________________

_________________________________________________________________________________________________

5.3. müddət keçdiyinə görə iş xitam olunub

6. İtkin düşmə faktı ilə əlaqədar cinayət işi başlanıb:

c/i-nin №-si ___________________ başlama tarixi _______________________________________________________

Orqan rəisi _______________________________________________________________________________________

_________________________________________________________________________________________________

_________________________________________________________________________________________________

AR DİN-in BƏSİİ-nin rəisi

__________________________________________________________________________________________________

1. Tapılıb «____» _____________ 20 ___

2. Tapıldığı yer ______________________________________________________________________________

3. __________________________________________________________________________________________

____________________________________________________________ şəxsiyyətinin müəyyən edilməsinə dair iş

(meyitin xəstənin, uşağın)

____________________________________________________________________________________________

4. Üzərində zorakarlıq əlamətləri var,

Üzərində zorakarlıq əlamətləri yoxdur

____________________________________________________________________________________________

5. Uçotdan çıxarılmanın əsasları (lazım olanı xətlə qeyd etmək)

a) identifikasiya (daktilouçot daxil olmaqla)

c) mürur müddətinə görə

_____________________________________________________________________________________________

6. İtkin düşmüş şəxs kimi uçotdadır_____________________________________________________________

_____________________________________________________________________________________________

Orqan rəisi___________________________________________________________________________________

_____________________________________________________________________________________________

(rütbə) (imza) (soyadı)

BƏSİİ-nin rəisi__________________________________________________________________________

(rütbə) (imza) (soyadı)

Xidməti istifadə üçün

Qeydiyyat №-si ________

Başlanıb “____”__________20 __-ci il.

Qurtarıb “____”__________20 __-ci il.

Saxlama müddəti________________

Xidməti istifadə üçün

Qeydiyyat №-si ________

Başlanıb “____”__________20 __-ci il.

Qurtarıb “____”__________20 __-ci il.

Saxlama müddəti________________

Dövlətlərarası axtarışa göndərilmə tarixi

Dövlətlərarası axtarış sirkulyarının №-si

Soyad üzrə qeydiyyat bölməsinin imzası

Dövlətlər arası axtarışın dayandırılması barədə məktubun №-si və tarixi

Axtarış işinin qurtarması barədə qeyd. İşin başqa orqana verilməsi barədə məktubun №-si və tarixi.

Dövlətlərarası axtarışın

1. 01 iyun 2016-cı il tarixli Q29-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2016-cı il)

2. 14 may 2019-cu il tarixli Q28-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905140028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 may 2019-cu il)

3. 19 oktyabr 2020-ci il tarixli Q36-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 oktyabr 2020-ci il)

4. 30 noyabr 2022-ci il tarixli Q28-001-22 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202211300028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 dekabr 2022-ci il)

5. 10 aprel 2023-cü il tarixli 3-13/Q16/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304100016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 aprel 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver