5.1. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
5.1.1. folklor nümunələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması;
5.1.2. folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması;
5.1.3. Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması.
II fəsil
Folklor nümunələrİndən İstİfadə qaydaları