Qanunvericilik › Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2020) › Tam mətn

Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2020)

Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilsin.

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödənilsin.

3. “Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim forması ilə təmin olunması normaları” təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki, bu Qərarın 1-ci və 2-ci hissələrinin icrası ilə bağlı xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiy­yat İnstitutuna ayrılan vəsait hesabına ödənilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 sentyabr 2020-ci il

Tünd göy rəngli isti gödəkcə

Tünd göy rəngli pencək

Tünd göy rəngli şalvar

Qara rəngli qayış (şalvar üçün)

Ağ rəngli qısaqol köynək

Ağ rəngli uzunqol köynək

Tünd göy rəngli qalstuk

Göy rəngli isti gödəkcə

Tünd göy rəngli pencək

Tünd göy rəngli şalvar

Tünd göy rəngli yubka

Qara rəngli qayış (şalvar və yubka üçün)

Ağ rəngli qısaqol köynək

Ağ rəngli uzunqol köynək

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver