Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 12 yanvar 2004-cü il tarixli 55 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
2. Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2004-cü il
1. Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti (bundan sonra - redaksiya heyəti) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli 55 nömrəli Sərəncamına uyğun olaraq fəaliyyət göstərir.
2. Redaksiya heyəti Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə çapa hazırlanmasını təmin edir.
3. Redaksiya heyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarmı, "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli 55 nömrəli Sərəncamını, Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarım və bu Əsasnaməni rəhbər tutur.
4. Redaksiya heyətinin tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
5. Redaksiya heyətinin üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
6. Redaksiya heyəti cari məsələlərin həll edilməsini Azərbaycan Milli Elmlər Akademiyası vasitəsilə həyata keçirir.
7. Redaksiya heyətinin qarşısında duran məqsəd müasir sivilizasiyanın əldə etdiyi bilik və məlumatların bütün sahələrini əhatə edən, Azərbaycan xalqının tarixində baş vermiş mühüm ictimai-siyasi və mədəni hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemi və yığcam məlumat bazasını ensiklopedik formada təqdim etməkdir.
8. Redaksiya heyətinin vəzifələri aşağıdakılardır:
8.1. dünyada mövcud olan ensiklopedik təcrübə əsasında hazırlanan, Azərbaycan xalqının yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyini yaratmaq;
8.2. Azərbaycan Milli Ensiklopediyasını məzmun və mündəricəsi etibarilə dünya əhəmiyyətli ensiklopedik nəşrlərə qoyulan bütün tələblərə və standartlara uyğun hazırlamaq;
8.3. Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan Respublikasına həsr olunacaq birinci cildində müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafını geniş şəkildə işıqlandırmaq;
8.4. Azərbaycanın ən qədim dövrlərdən başlayaraq bu günədək keçdiyi tarixi yol Azərbaycan xalqının görkəmli şəxsiyyətləri haqqında müfəssəl ensiklopedik məlumat vermək;
8.5. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, eləcə də Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyada tanınmasını, dünya birliyinin bərabərliyinin bərabərhüquqlu üzvünə çevrilməsini, iqtisadi-siyasi və mədəni yüksəlişini ətraflı şərh etmək;
8.6. müasir dövrdə dünya ölkələrinin inkişafı mənzərəsini yaratmaq, nüfuzlu beynəlxalq təsisatlar haqqında ətraflı məlumatlar vermək;
8.7. elmin müxtəlif sahələrində səmərəli xidmət göstərmiş görkəmli şəxsiyyətlər, texnika, ədəbiyyat və incəsənət nümayəndələri, tanınmış siyasətçilər və dövlət xadimləri haqqında məlumat vermək;
8.8. ayrı-ayrı elmlər, texnika, mədəniyyət və digər sahələrlə bağlı müxtəlif məlumatlar, sivilizasiyanın inkişafında mühüm sayılan biliklər haqqında müxtəsər informasiyalar vermək;
8.9. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xidmətləri olmuş şəxslər haqqında məlumatlar vermək;
8.10. Azərbaycanın ayrı-ayrı rayonlarındakı özünəməxsus maddi mədəniyyət nümunələri, Etnoqrafiya, folklor və xalq sənəti inciləri və bu sahələrlə bağlı terminlər haqqında, xalqın milli-mənəvi varlığını təcəssüm etdirən xarakterik xüsusiyyətləri barədə məlumatlar vermək;
8.11. dünyanın, o cümlədən Azərbaycanın təbiəti, heyvanat və nəbatat aləmi barədə məlumatlar vermək.
9. Redaksiya heyəti ona həvalə edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
9.1. Azərbaycan Milli Ensiklopediyasının nəşrini həyata keçirir;
9.2. ölkəmizdə universal ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrindəki ensiklopediyaçılıq ənənələrini öyrənir;
9.3. Azərbaycan xalqının yüksək sosial-iqtisadi, mədəni intellektual səviyyəsini əks etdirən dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyini yaradır;
9.4. respublikanın ayrı-ayrı ərazilərindəki özünəməxsus etnoqrafik zənginliklər, folklor nümunələri, xalq sənəti inciləri, habelə xalqın milli-mənəvi varlığını nümayiş etdirən xüsusiyyətləri barədə məlumatları toplayır;
9.5. redaksiya heyətinin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar müvafiq işçi qruplarını yaradır;
9.6. ayrı-ayrı elmlərə aid terminlərin mövzu sözlüklərini hazırlayır;
9.7. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xidmətləri olmuş şəxslər haqqında məlumatları toplayır;
9.8. dünyanın, o cümlədən Azərbaycanın təbiəti, heyvanat və nəbatat aləmi barədə məlumatlar toplayır.
10. Redaksiya heyəti öz vəzifələrini və funksiyalarmı həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. öz səlahiyyətlərinə aid olan məsələlərin həll olunması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından və digər dövlət təsisatlarından zəruri sənədlər, statistik məlumatlar və digər materiallar almaq;
10.2. işçi qruplarının fəaliyyətində iştirak etmək üçün icra hakimiyyəti orqanlarından və dövlət təsisatlarından müstəqil ekspertlər, məsləhətçi və mütəxəssislər cəlb etmək.
11. Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına və nəşrinə rəhbərliyi redaksiya heyəti həyata keçirir.
12. Redaksiya heyəti:
12.1. redaksiya heyətinin əsas istiqamətlərini müəyyən edir;
12.2. nəşrin əsas elmi prinsiplərini müəyyənləşdirir;
12.3. Azərbaycan Milli Ensiklopediyasının strukturunun layihəsini hazırlayıb təsdiq olunmaq üçün sədrə təqdim edir;
12.4. Azərbaycan Milli Ensiklopediyasının cildlərinin sayı barədə təklifi hazırlayıb təsdiq etmək üçün sədrə təqdim edir;
12.5. zəruri hallarda müxtəlif sahələr üzrə Elmi məsləhətçilər şurası və Bədii şura yaradılması barədə sədrə təkliflər verir;
12.6. Azərbaycan Milli Ensiklopediyasının məqalələrinin məzmununu tamamlayan tərtibat, illüstrasiya, xəritə, sxem, slayd, dizayn və s. ilə bağlı məsələlərin həlli haqqında qərarlar çıxarır və bu barədə sədrə məlumat verir;
12.7. müxtəlif sahələr üzrə elmi məsləhətçiləri, məqalə müəlliflərini seçir, məqalələri rəyə verir və müzakirəsini təşkil edir, mübahisəli elmi-metodoloji məsələləri həll edir;
12.8. materialların məzmununu və həcmini müəyyənləşdirir.
13. Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin işinə ümumi rəhbərlik sədr Tərəfindən həyata keçirilir.
14.1. redaksiya heyətinin iclaslarına sədrlik edir;
14.2. Azərbaycan Milli Ensiklopediyasının strukturunu təsdiq edir;
14.3. Azərbaycan Milli Ensiklopediyasının cildlərinin sayını təsdiq edir;
14.4. zəruri hallarda müxtəlif sahələr üzrə Elmi məsləhətçilər şuranı və Bədii şuranı yaradır;
14.5. sədrin müavinləri arasında vəzifə bölgüsünü aparır.
15. Sədrin Azərbaycan Respublikasının Prezidenti Tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini vardır. Azərbaycan Milli Ensiklopediyasının informasiya bazası “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində yaradılır. Mərkəzin direktoru Azərbaycan Milli Ensiklopediyasının məsul katibidir.
16. Azərbaycan Milli Ensiklopediyasının məzmununa, elmi səviyyəsinə, materialların vaxtında hazırlanmasına ümumi rəhbərliyi Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan Respublikasının Prezidenti Tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan baş redaktoru həyata keçirir.
17.1. nəşrdə veriləcək məqalələrin hazırlanmasına yüksək ixtisaslı alim və mütəxəssislərin cəlb olunmasını təmin edir;
17.2. nəşrlə bağlı sözlüklərin və metodiki vəsaitlərin müzakirəsini həyata keçirir, habelə onları təsdiq edir;
17.3. məqalə və materialların elmi səviyyəsini müəyyən edir, vaxtında hazırlanmasını təmin edir.
18. Redaksiya heyətinin iclasları zərurət olduqda, ildə dörd dəfədən az olmamaq şərtilə keçirilir.
19. Redaksiya heyətinin iclaslarına sədr (və ya onun müavinlərindən biri) rəhbərlik edir. İclasların qərarı açıq səsvermə yolu sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, iclasa sədrlik edən müzakirə olunan məsələ ilə bağlı son qərar vermək hüququna malikdir.
5 may 2004-cü il tarixli 59 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 332)
28 sentyabr 2007-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 871)
24 aprel 2009-cu il tarixli 86 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 231)
25 oktyabr 2024-cü il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 oktyabr 2024-cü il, “Xalq” qəzeti, 26 oktyabr 2024-cü il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1136)