Qanunvericilik › Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 24.12.2025) › Tam mətn

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 24.12.2025)

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 24.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Qanunvericiliyə, eləcə də maddi və prosessual normalara edilmiş dəyişikliklərin təmin edilməsi məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

1. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.1-ci bənddə “işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər” sözləri “arbitraj” sözü ilə əvəz edilsin;

1.2. 8.2-ci bəndin birinci cümləsində “münsiflər məhkəməsində baxılması üçün müqavilə” sözləri “arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi” sözləri ilə, “cavabdeh” sözü “tərəflərdən hər hansı biri” sözləri ilə əvəz edilsin və həmin cümləyə “olduqda” sözündən sonra “, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa (o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın)”, sözləri əlavə edilsin;

1.3. 13-1-ci bənddə “, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin” sözləri “əlavə etməsin” sözləri ilə əvəz edilsin;

1.4. 15-ci bəndin birinci cümləsində “İddianın təmin edilməsi üçün tədbirlər” sözləri “MPM-in 13-cü fəslinə uyğun olaraq müvəqqəti təminat tədbiri” sözləri ilə əvəz edilsin.

2. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 23-cü bəndin üçüncü cümləsində “Vergilər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

2.2. 24-cü bənd üzrə:

2.2.1. birinci abzasın ikinci cümləsində “Azərsu” ASC” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin:

2.2.2. ikinci abzasın birinci cümləsində “Azərsu” ASC-yə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.3. 27-ci bəndin üçüncü cümləsində “12.1-ci maddəsinə” sözləri “12-ci maddəsinin 1-ci hissəsinə” sözləri ilə əvəz edilsin.

3. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 15.6-cı bənddə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

3.2. 16.4-cü bənddə “sədrlik edən” sözlərindən sonra “hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim” sözləri əlavə edilsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 24 dekabr 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver