Qanunvericilik › Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 19.05.2023) › Tam mətn

Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 19.05.2023)

Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 19.05.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci və 79-cu maddələrinə əsasən qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir və həmin şuranın tərkibini Ali Məhkəmənin Plenumu təsdiq edir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

1. Müzəffər Abusət oğlu Ağazadə – Ali Məhkəmənin sabiq hakimi

2. Firuzə Məmməd qızı Abbasova – BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor

3. Cavid Sədulla oğlu Abdullazadə – Ankara Universitetinin Hüquq fakültəsinin Ədalət Məslək Ali Məktəbinin müdiri, hüquq üzrə professor

4. Fərid Turab oğlu Əhmədov – ADA Universitetinin müəllimi, BMT-nin İnsan hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

5. Azər Çingiz oğlu Əliyev – Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru

6. Məhəmməd Fəxrəddin oğlu Quluzadə – “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru

7. Rəşad Nadir oğlu İbadov – ADA Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru

8. Əsəd Abdulla oğlu Mirzəliyev – Ali Məhkəmənin sabiq hakimi

9. Fərhad Sabir oğlu Mirzəyev – “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru

10. Sərvər Süleyman oğlu Süleymanlı – BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

11. Azad Sabit oğlu Talıbov – ADA Universitetinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

12. Fuad Tarverdi oğlu Zərbiyev – “Graduate Institute of International and Development Studies”-nın (Cenevrə, İsveçrə) beynəlxalq hüquq üzrə dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

13. Elçin Abuzər oğlu Xələfov – Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent

14. Ayxan Xankişi oğlu Rüstəmzadə – Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 19 may 2023-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver