Ali təhsil müəssisələrinin REKTORLAR ŞURASI və orta ixtisas təhsili müəssisələrinin direktorlar şurasının vəzifələri və fəaliyyətləri arasında oxşarlıqları nəzərə alaraq bunların fəaliyyətinin eyni Əsasnamədə birləşdirilməsi məqsədəuyğundur.
Qeyd olunanları nəzərə alaraq Təhsil Nazirliyinin 18.09.96-cı il tarixli 463 saylı əmri ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində 25 sentyabr 1996-cı il tarixli 12 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “AZƏRBAYCAN RESPUBLİKASI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN REKTORLAR ŞURASI HAQQINDA ƏSASNAMƏ”yə əlavələr və dəyişikliklər etmək məqsədilə
1. Təhsil Nazirliyinin 18.09.96-cı il tarixli 463 saylı əmri ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində 25 sentyabr 1996-cı il tarixli 12 saylı ŞƏHadətnamə ilə dövlət qeydiyyatına alınmış “AZƏRBAYCAN RESPUBLİKASI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN REKTORLAR ŞURASI HAQQINDA ƏSASNAMƏ”nin adı aşağıdakı redaksiyada verilsin:
“AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ALİ TƏHSİL (ORTA İXTİSAS PEŞƏ) MÜƏSSİSƏLƏRİNİN REKTORLAR (DİREKTORLAR) ŞURASI HAQQINDA ƏSASNAMƏ”
2.. Əsasnaməyə aşağıdakı redaksiyada əlavələr edilsin:
6. Direktorlar şurasının iş istiqamətləri, səlahiyyətləri və strukturu:
6.1. Direktorlar şurasının təkidinə tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasının dövlət, qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin direktorları ictimai əsaslarla daxil olurlar.
6.2. Direktorlar şurası öz iclasını iki aydan bir zəruriyyət yarandıqda növbədənkənar keçirə bilər. Şuranın iclası onun üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur.
6.3. Direktorlar Şurasının Sədri Azərbaycan Respublikasının Təhsil Nazirinin müavinidir. O, Şuranın işinə rəhbərlik edir.
Şuranın Sədrinin iki müavini və məsul katibi olur.
6.4. Direktorlar Şurasının nəzdində ictimai əsaslarla müvafiq işçi komissiyaları yaradılır. Bu komissiyanın tərkibləri, vəzifələri və iş qaydaları direktorlar Şurası tərəfindən müəyyən edilir.
6.5. Direktorlar Şurasının verdiyi təkliflər tövsiyə xarakteri daşıyır;
6.6. Direktorlar Şurası öz fəaliyyəti barədə müntəzəm olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə məlumat verir.
3. Əmrin icrasına nəzarət Ali və Orta ixtisas təhsili idarəsinə (İ.Mustayayev) tapşırılsın.